Кяримбяйли ширин ханым


YENƏ DUYĞULARIM KÖPÜRÜR DAŞIR



Yüklə 8,79 Mb.
səhifə42/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   38   39   40   41   42   43   44   45   ...   92

YENƏ DUYĞULARIM KÖPÜRÜR DAŞIR

Yenə duyğularım köpürür daşır,

Dəli sellər təki ünvan görməmiş.

Ürəyim ah çəkir, dilim dolaşır,

Körpə uşaq kimi divan görməmiş…
Ağlım ürəyimə duvalı qalıb,

Çılğın saatlarım havalı qalıb,

Ömrüm zamanıma davalı qalıb,

Sırası pozulub karvan görməmiş.


Hicranım dəmbədəm durur qəsdimə,

Başıma od tökür, baxır tüstümə,

Səf çəkir xəyallar gəlir üstümə,

İtirib yolları sarvan görməmiş.


Can məndən qopduqca tən alovlanır,

Ağılım, şüurum, hissim qovlanır,

Ürək aha düşür, sinəm lovlanır,

Hökümsüz, fərmansız divan görməmiş.


İtmiş dəmlərimi mən necə tapım?

Yavaş çək qırılar, can, könül sapım,

Boşluğa açılır bu ömür qapım,

Evi bərbad olub eyvan görməmiş.


Şadiman dərində aradı qatı,

Çapdı yoxuşları taleyin atı,

Gah qəmdə, gah dəmdə qovdu həyatı,

Öldü tox anları yavan görməmiş…

26. 02.2004

KÖNLÜM QUŞU UÇUB YENƏ HAVAYA

Könlüm quşu uçub yenə havaya,

Titrəməyir dildən qopan duvaya,

Amadədi duyğularla davaya,

Qayıtmayır nə zamandı yuvaya,

Hay salıram harayıma gəlməyir,

Onsuz nələr çəkdiyimi bilməyir?
Buludlartək ağlaşaram dinməz ki,

Uçub-gedib qəfəsinə dönməz ki,

Qanad çalır göydən yerə enməz ki,

Kainatın bağırından yenməz ki,

Ayrılığın ürəyini dəlməyir,

Onsuz nələr çəkdiyimi bilməyir?


Göy içində süzür hicran oxutək,

Gecələrə gəlir qonur yuxutək,

Qeyb olmağı alır ruhu qorxutək,

Bürüyəndə sübhü şəbnəm yuxutək,

Can ayrılıb yazıq tənim ölməyir,

Onsuz nələr çəkdiyimi bilməyir.


Könlüm quşu havalanıb süzəndə,

Ürəyimi acıları üzəndə,

Qəm içində zamanlarım üzəndə,

Səhər-axaşam gözüm onu gəzəndə,

Həsrət yaşın bəbəyimdən silməyir,

Onsuz nələr çəkdiyimi bilməyir.

30. X. 2003

MƏNİM DUYĞULARIM DAĞ ŞƏLALƏSİ

Mənim duyğularım dağ şəlaləsi,

Zirvədən dərəni qucmağı bilir.

Titrəyən çöllərin incə laləsi,

Şəbnəmin bağrında açmağı bilir.
Zərif hıçqırtısı bağrımı əzir,

Göllərin içində sonadır üzür,

Qartaltək qayalar başında gəzir,

Uçrumdan uçruma uçmağı bilir.


Mənim duyğularım qəfəsinə dar,

Sükuta qeyb olmaq həvəsinə dar,

Dünyanın havası nəfəsinə dar,

Qəlbdən səmalara qaçmağı bilir.


Hey könül odlayır, hey sinə yaxır,

Dəli sellər təki nə coşqun axır?

Köksümdən ayrılıb könlümə baxır,

Günəşdək göylərdə saçmağı bilir.


Mənim duyğularım candan boylanır,

Ağlımın başına yertək haylanır,

Gah sevincə batır, gah da vaylanır,

Haqqın qapısını açmağı bilir.

16. 01. 2004



NƏ ŞÖ’LƏLƏR SAÇDIN YENƏ ?

Sən ey könlüm, alovlartək nə şö’lələr saçdın yenə?

Vulkan təki atəşini göyə, yerə açdın yenə.

Şimşəklərtək səmaların sinəsində qəh-qəh çəkdin,

Buludlartək gözlərinin acısını yerə tökdün.

Hicranın fərağından hissə-hissə qanım dondu,

Sən talandın ayazlarda, mənim can ünvanım dondu.

Sən ey könlüm, nə vəhdətdi səni qəmlə ulaşdıran,

Ağrılara, acılara zamanımı bulaşdıran,

Xiffətimin fəqanımı xəzan edən sabahımı?

Nə boğacaq dərya təki köpüklənən qəlb ahımı?

Qətrə-qətrə əzabımdan çeşmələrin gözü daşdı,

Sən ey könlüm, gözlərini suvaşdıran bu nə yaşdı?

Üzü gülməz dəmlərimin avazının bəmisənmi?

Fırtınalı dəryalarda yolun azmış gəmisənmi?

Ləngərlənə-ləngərlənə sahillərə sapılırsan,

Çılğın dalğa çırpır səni gur sulara qapılırsan.

Vurnuxursan dəli təki, xilasına çarə hanı?

Zaman sənə baha satır saatından doğan anı.

Sən ey könlüm, ağrıların olmayanda zar olmuşam,

Kim bilir ki, bəlkə elə mən ağrıdan var olmuşam?

28. 02. 2004


HƏYAT SINAQDI

Təzə il, təzə il – zaman gəlişi,

Qovuşdur əlimə titrək əlini.

Ömrün gah enişi, gah yüksəlişi,

Haqqa bayraq elə hər əməlini,

Düzlüklə, saflıqla qur təməlini,

Ötsün qadamız,

Coşsun sevdamız.


Təzə il, təzə il – qədəmi sərdin,

Yenə köhnə ilin qolların gərdin,

Ömür bağçasından bir il də dərdin…

Yolun zindana sal kədərin, dərdin,

Gülsün çağımız,

Xoş növrağımız.


Təzə il, təzə il – həyat işığı,

Şadlıq evimizin can yaraşığı,

Məhəbbət dünyanın qəlb sarmaşığı,

Olsun beyinimiz Tanrı aşığı,


Ötsün ağımız,

Ömür tağımız.


Təzə il, təzə il – şər qovalansın,

Millətin könlündə cəng havalansın,

Dildə Rəbb sevgisi bir duvalansın,

Qanda Vətən eşqi qoy yuvalansın,

Yağının şər gözü pis ovalansın,

Coşsun bağır, tən,

Əsirdi Vətən…
Təzə il, təzə il – bizə nur gətir,

Könlü diləklərə, amala yetir,

İnsan zəkasında ədalət bitir,

Dünyadan pisliyi əbədi itir!

Ömür imtahan,

Şirindi cahan.


Təzə il, təzə il – Şuşa qan ağlar,

Yanıb külə dönüb bağçalar, bağlar,

Ötüşür ilbəil ayamlar, çağlar,

Qarabağın qəlbi sağalmaz dağlar…

Qalxsın ordumuz,

Əsir yurdumuz.

Təzə il, təzə il – ver izzətini,

Yolla ömrümüzə səadətini,

Görək göz dolusu sədaqətini,

Candan əsirgəmə ədalətini,

Göstər Rəbbimizə itaətini,

Bitsin qəmimiz,

Gözdə nəmimiz.
Təzə il, təzə il – sülhə açar ol,

Bəxtiyarlığınla ələmə car ol,

Bağlı qapıları haqla açar ol,

Zəncirlə, buxovla bağlanmasın qol,

Pisliyi endir,

Yurdu sevindir.


Təzə il, təzə il – ürəyim əsir,

Nazlı gəlişinə yenə tələsir,

Eyləmə nəş’əni, sevinci əsir,

Gəl, könül evində tik uca qəsir,

Kədər yad olsun,

Aləm şad olsun.


Təzə il, təzə il Şadiman naşı,

Dərddən tökür içə qəbi yaşı,

Ömür anlarının – vəfa yoldaşı,

Apar həyatımdan, gəl, bu təlaşı!

Həyat sınaqdı,

İnsan qonaqdı…

1. 01. 2004
FƏLƏK , NİYƏ ÜZÜN DÖNDÜ ?

Fələk, niyə üzün döndü?

Məni yada salmadın heç.

Çox ağladım, çox sızladım,

Ürəyimi almadın heç.


Göyə çıxdı hər gün ahım,

Qəmlə doğdu lap sabahım,

Səni sandım qibləgahım,

Bir hayıma qalmadın heç.


Səbir kasam daşdı getdi,

Üstümdən dərd aşdı getdi,

Ömür də bir yaşdı getdi…

Qismət kamın almadım heç.


Həyat parlaq bir aynadı,

Ürək yandı, qəlb qaynadı,

İlham gəldi, qəlb oynadı,

Tellərini çalmadın heç.


Şadimana bu nə sitəm?

Tutub könlüm qəmə matəm,

İstədim ki, sənə yetəm,

Qəmdən dala qalmadın heç.

17. 04. 2004


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin