Кяримбяйли ширин ханым


BU GECƏ QƏLBİMƏ GƏTİRDİN YAZI



Yüklə 8,79 Mb.
səhifə70/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   66   67   68   69   70   71   72   73   ...   92

BU GECƏ QƏLBİMƏ GƏTİRDİN YAZI

Bu gecə qəlbimə gətirdin yazı,

Sənin baharına, yazına qurban.

Boynu bükük qaldı könül ayazı,

Bağrımı titrədən nazına qurban.
Gözümü daşdırdı vüsal selləri,

Uçurtdu başımdan qəmli yelləri,

Yenə nəş’ələndi ürək telləri,

Ruhumu oynadan sazına qurban.


Rəbbim birgə qurdu bu taxtımızı,

Tutdu sevdalara şad baxtımızı,

Keçirək şövq ilə gəl vaxtımızı,

Dil desin, ey fələk, yazına qurban.

6. 01. 2003

CİYƏRİMİN GUŞƏSİ

Ciyərimin guşəsi-

Bitməz səninlə könlümün əndişəsi,

Ürəyim dağılıb şişəsi,

Əgər harayıma gəlməsən,

Müşkülə düşmüş əhvalımı bilməsən,

Qəribliyə atılmış yel təki,

Tufana batmış sel təki,

Ürəyimdən qopmuş tel təki-

Qırılacağam,

Həsrətin bağrına sarılacağam.

Ciyərimin guşəsi -

Səninlə çağlayır könlümün nəş’əsi.

Ağlıyan ürəyimin harayını dinlə,

Söylə, necə qalım bu günlə?

Dilim içində fəryadı boğulmuş kaman,

Düşməz ələ bu zaman.

Gəl onu nazlayaq,

Ömrün payızında yazlayaq.

Ciyərimin guşəsi-

Qəm çəkməkdi könlümün peşəsi,

Baxışların yollarını oymaq-oymaq izləyər,

Həsrətin qəlbimdə dənizləyər.

Səndən ayrı sabahım qan ağlar,

Mənə zülüm gətirər bu çağlar.

Bu acı niskillər bitməz,

Ayrılıq yolumuzdan itməz.

Ümidlərim sabahından boylanar,

Bu dəli sevdanın başına haylanar.

Gəl zamanımızı tarazlayaq,

Könlümüzün diləyin bülbültək pərvazlayaq.

Bu dəli sevda ilə avazlayaq-

Ciyərimin guşəsi…

22. X11. 2002


BİR KÖNÜL QIRMIŞAM…

Bir könül qırmışam çiçəkdən incə,

Rəbbim bağışlamaz bu günahımı.

Zülmətə bürünən ürəyim gecə,

İlahi, sən yetir al sabahımı.
Canımdan, gözümdən əziz sandığım,

Alışıb oduna odsuz yandığım,

Gecəli, gündüzlü eşqin andığım,

Hicranı qaldırar ərşə ahımı.


Bir könül qırmışam bitişməz daha,

Əllərim əlinə yetişməz daha,

Günlərim kədərsiz ötüşməz daha,

Çağırın dadıma siz Allahımı.


Bir baxın, sevdaya yanan adamlar,

Həsrətin zəhəri könlümə damlar,

Gəlib ürəyimdə ayrılıq kamlar,

Çünki itirmişəm qibləgahımı.


Mən ki, o qırdığım könlə əsirəm,

Sevdalar içində sevdaya sirəm,

Həsrət zindanında aha əsirəm,

Qaytarın geriyə səcdəgahımı.

17. X. 2002

BİR QƏDƏH ŞƏRABMIŞ BU MƏHƏBBƏTİN…

Bir qədəh şarabmış məhəbbətin,

Çəkdin ki, başına qəlb sərxoş olsun.

O gündən başladı o müsibətin,

Etdin ki, hicranın ruhu xoş olsun.
Tutdu yeri-göyü ahımın səsi,

Kəsildi bağrımın qəmdən nəfəsi,

Qırdı ki, ayrılıq o dar əfəsi,

Vüsalın könlündə yeri boş olsun.


Hər şeyi ürəkdən silmək üçün biz,

Qoymadıq sinədə duyğulardan iz,

Hicrana kökləndi, vurdu qəlbimiz,

Bu dəli sevdamız qoy naxoş olsun.


Özündən incitdin yaman ürəyi,

Uçurtdun eşqimi tutan dirəyi,

Töküb qədəhinə içdin diləyi,

Bircə sözüm qalır – sənə nuş olsun!

9. 01. 2003

ÜZÜB ÇİÇƏKLƏRİN ƏN GÖZƏLİNİ

Üzüb çiçəklərin ən gözəlini,

Gətirib tökmüşəm yolunun üstə.

Toxundur onlara bir an əlini,

Döyünsün ürəyim eşqlə ahəstə.
Çiçəklər həyatın duyğularıdır,

Götür köksünə tut, iyini qoxla.

Könlümün sevginə sayğılarıdır,

Bağrında hayqıran ruhunu yoxla.


Əgər coşacaqsa qəlbin telləri?

Deməli canımız bir vuracaqdır.

Çəkilib gedəcək hicran yelləri,

Qapımız ağzında eşq duracaqdır.

Mən üzdüm çöllərin çiçəklərini,

Sənə ürəyimi oxutmaq üçün.

İstədim coşduram diləklərini,

Həsrəti, hicranı qorxutmaq üçün.


Gəl, dəli istəklə coşub çağlayaq,

Çəkilək səmaya lap quşa dönək.

Ya dəli sedaya bir gün ağlayaq,

Ya da bu istəklə gəl daşa dönək.


Üzüb çiçəklərin ən gözəlini,

Gətirib gəlmişəm gülzarın olum.

Tutub ürəyimə yanan əlini…

Gəldim ki, könlünə mən yarın olum.

9. 01. 2003

SƏNİ ÜRƏYİMƏ BURAXMAQ ÜÇÜN…

Ürəyimdə şö’lə çəkir diləklərim,

Sinəmdə fəqan edir fələklərim,

Duyğular, sanki qanlı mələklərim,

O dəniz gözlərinə baxmaq üçün,

Səni ürəyimə buraxmaq üçün…


Hər yerdən atəşlər tökülür üstümə,

Yanır sevdalar istimə,

Durur bu könül qəsdimə,

Eşqini atəşə yaxmaq üçün,

Səni ürəyimə buraxmaq üçün…
Xəyalın könlümün divarında əksini qurur,

Gecə-gündüz yanımda durur,

Özünü ora-bura vurur,

Qəlbimin gözünə axmaq üçün,

Səni ürəyimə buraxmaq üçün.
Gecələr yuxuların evimin qonağı olur,

Ağlımın, hissimin qınağı olur,

Bu xəyal saatları bəxtimizin sınağı olur,

Sevda göylərində şimşəktək çaxmaq üçün,

Səni ürəyimə buraxmaq üçün…
Oluram düşüncələrin əsiri,

Eşqin tikir könlümə qəsiri,

Qoruyuram öz qəlbimdən bu siri,

Sevda çırağın sinəmin içinə taxmaq üçün,

Səni ürəyimə buraxmaq üçün…

Bilmirəm neçin, neçin?…

9. 01. 2003

GÖZDƏ YAŞIM ÇAĞLAYAR

Gözdə yaşım çağlayar,

Ürəyi varağlayar,

Gözlərim qan ağlayar,

Diləklərim savaşar,

Həsrətim aşıb-daşar.

Mən uçaram yanına,

O hicran ünvanına.

Xəyalını qucmağa,

Göylərində uçmağa.

Bütün ümidlərimi,

Ah edən illərimi,

Allaha bağlayıram,

Kədəri dağlayıram.

İnanıram sevginə,

Vüsala bağlı günə,

Bilirəm ki, gələrsən,

Könlümə eşq ələrsən.

Həsrəti yandırarsan,

Candan usandırarsan.

Ağladarsan aləmi,

Haray salan naləmi.

Gələr vüsalın dəmi,

Uçuşarıq yel təki.

Çırpınarıq tel təki.

Ağlaşıb barışarıq,

Od olub qarışarıq.

Ünvanımız sehirli,

Ülfətimiz mehirli.

Göylərə quş olarıq,

Eşqə alqış olarıq.

Könlümüzdə məhəbbət,

Hamıdan gizli, xəlbət,

Bir yuvacıq qurarıq,

Səadətə vararıq.

Sevgilim, bu bir xəyal,

Məni də yadına sal.

Tutuşaq sellər təki,

Atışaq yellər təki.

Ağlasın hicranımız,

Düşsün oda canımız.

Bu sevda ünvanımız,

Məhəbbətin işığı,

Yerin, göyün aşığı.

Dünyamızı dolaşaq,

Təmiz eşq ilə coşaq.

Düşsün nəş’ələr izə,

Qibtə eyləsin bizə.

Hicran, həsrət sovuşsun,

Can canına qovuşsun.

Tik könlümə mə’bədi,

Eşq yaşasın əbədi.

8. 01. 2003


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin