Кяримбяйли ширин ханым



Yüklə 8,79 Mb.
səhifə77/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   73   74   75   76   77   78   79   80   ...   92

MƏNƏ VƏFASIZ DEMƏ

Ruhumun gözü yanar,

İçimdə ah oyanar,

Saatlarım dayanar,

Sən gəlməsən könlümə,

Mənə vəfasız demə.


Hər duyğuda bir can var,

Min cürə həyacan var.

Aralıqda hicran var,

Batıb gözlərim nəmə,

Mənə vəfasız demə.
Bir ömür soldu getdi,

Canım oyuldu getdi,

Hər şey duyuldu getdi,

İndi nə halət qəmə?

Mənə vəfasız demə.
Könlü belə çalxatma,

Özülünü laxlatma,

Keçmişlərə ram atma,

Aman vermir dəm-dəmə,

Mənə vəfasız demə.
Şadiman ah içində,

Ahı sabah içində,

Min bir günah içində-

Haray salma aləmə,

Mənə vəfasız demə.

1. 08. 2005



GÖZLƏRİM YOLUNA DİKİLİB QALIB

Gözlərim yoluna dikilib qalıb,

Yollar əvvəlkitək qayıdan deyil.

Göz yaşım bəbəyə əkilib qalıb,

Onu bu həsrətin oyadan deyil.
Xatirən könüldən boylanıb baxır,

Yatmış diləkləri oyatmaq üçün.

Əzabı sinəmdən oylanıb baxır,

Qurtula bilmədim bu ahdan neçin?


Zaman dilənçitək əl açır ona,

Dünənin sevdasın bugünlə boğur.

Ürəyim alışır ah düşür cana,

Hər ələm sinəmdə min nalə doğur.


Gözlərim yolundan qayıtmır, gəlmir,

Ürəyin ağrısın yaşla qovurur.

Mənim ayrılığım könlünü dəlmir,

Sənin əzabların qəlbi sovurur.

16. 04. 2005

MƏN SƏNİN SEHRİNƏ DÜŞMÜŞƏM YAMAN

Mən sənin sehrinə düşmüşəm yaman,

Bu sehir içində əfsunlanıram.

Hicrindən könlümə qopur ah-aman,

Ah-aman içində ofsunlanıram.
Hara baxıramsa səni görürəm?

Gözümdən bir anlıq getmir xəyalın.

Mən belə bəlalı ömür sürürəm,

Könlümə təsəlli etmir xəyalın.


Bu sevda olubdu ömür səyyadım,

Onu uyutmayır ötən saatlar.

İçimdən boyllanan dəli fəryadım,

Billurtək sazaqdan min yerə çatlar.


Mən sənin sehrinə düşüb qalmışam,

Sehirdən oyana qorxu görürəm.

Mən daha sehrinə mehr salmışam,

Bu sehr içində yuxu görürəm.

16. 04. 2005

DÖNMÜSƏN HEYKƏLƏ YENƏ QARŞIMDA

Dönmüsən heykələ yenə qarşımda,

Durub dayanmısan nə xəyal kimi?

Ayrılıq havası gəzir başımda,

Sükutun can üzür niyə lal kimi?
Yenə şimşək təki çaxır baxışlar,

Sevdası od olub çökür könlümə.

Adamı atəşlə yaxır baxışlar-

Həsrəti dumantək bükür könlümə.


Dilindən qopmayır bircə dənə söz,

Əritsin sükütun möhnət buzunu.

Qoparıb dodaqdan hər nidanı göz,

Göylərdən düşürsün can ulduzunu.


Sən necə heykələ dönüb durmusan?

Nitqim kəsilibdi bu iltifata.

Sükutla könlümdə yuva qurmusan,

Bu yuvan hərarət verir həyata.

17. 04. 2005
GÖZDƏ MÖHNƏT ODU, QLBDƏ İNTİZAR
Gözdə möhnət odu, qəlbdə intizar,

Mən yenə yollara baxıb durmuşam.

Ayrılıq bağrımı qoxlayan məzar,

Onunla dil tapıb yuva qurmuşam.


İl ilə dolanır, zaman zamana,

Saatlar heç nəyi təzə etməyir?

Ağılım gəlməyir dinə-imana,

Ürəyim mənimlə yola getməyir.


Bir yolluq qoparıb könlümdən niyə?

Mən möhnət yükünü ata bilmirrəm.

Ümidim xəyalla şad olsun deyə,

Onu həsrətə tay tuta bilmirəm.

17.04.2004
HƏZİN XATİRƏTƏK GƏLİRSƏN MƏNƏ
Həzin xatirətək gəlirsən mənə,

Ötən günlərimə bənzər xəyalın.

Necə də heyrətlə gülürsən mənə?

Məni heyran edir bu həbsi-halın.


Görkəmin qayatək sükut içində,

Gözlərin könüldən dilək ovlayır.

Fırtına başlayıb nədən içində?

Canın sevdalanıb ürək ovlayır.


Həsrətin buz təki əriyib gedir,

Baharı tez gələn yağışlar kimi.

Könlümü atəşlər bürüyüb gedir,

Ocağı köz tutmuş baxışlar kimi.


Həzin xatirətək nidalanmısan,

Xatirən içindən həsrətin baxır.

Əcəbcə, ey gülüm, sevdalanmısan,

Bu sevdan sinəmin içini yaxır.

17. 04. 2005

XƏYALIN BOYLANIR HƏSRƏT İÇİNDƏN

Xəyalın boylanır həsrət içindən,

Əllərin əlimə yetişə bilmir.

Sinəm ocaq tutub möhnət içindən,

Zamanım kədərsiz ötüşə bilmir.
Can hicran havası çalır saata,

Enir ağrıları ən dərin qata,

Uf deyir, ah deyir gələn həyata,

Ürəyin yarası bitişə bilmir.


Zalım zamanənin üzü soyuqmuş,

Ayrılıq qurd təki ova duyuqmuş,


Həsrət ağrısından sinəm oyuqmuş,

Hayandan atılıb, bu tişə bilmir?

17. 04. 2005

DEYİRLƏR GƏLMİSƏN BİZİM TƏRƏFƏ

Deyirlər gəlmisən bizim tərəfə,

Gəlişin könlümü nə şad eylədi?

Tanrıdan bəxtimə bu xoş ərəfə,

Canımı, ruhumu dilşad eylədi.
Ürəkdə duyğular cilvələndilər,

Nəş’əyə sevincə nə bələndilər?

Olub nur çeşməsi tez ələndilər,

Qəmlərin çöhrəsin naşad eylədi.


Dolandı bülbüllər güllər başına,

Sevdalar yetmədi öz sirdaşına,

Döndü ayrılıqlar bir çay daşına,

Selləri çeşmədə gurşad eylədi.


Deyirlər, ürəyin çiçəktək açıb,

Bir sevgi eşqiylə yuvadan qaçıb,

Əllərin bilmədən qapımı açıb,

Qəlbimi könlünə dil ad eylədi.

17. 04. 2005

RUHUMUN QİDASI, CANIMIN YARI

Ruhumun qidası, canımın yarı,

Gələndə könlümü bahar edərsən.

Amandır unutma bu vəfadarı-

Unutsan bağrımı ahar edərsən.
Sinəmdən getməyir eşqi-möhnətin,

Nə qədər uzunmuş hicran möhlətin?

Sənsiz ömür sürmək canıma çətin,

Gəlsən vüsalımla nahar edərsən.


Hər ağrı içində bir işgəncə var,

Hər duyğuda billur, eşqdə incə var,

Hər sual içində dözən necə var?

Gəlsən sitəmimə sən zar edərsən.


Dərd dərdi gətirər, ələm ələmi,

Fələk niyə çalıb dərdə qələmi?

Fəryadım ağladır bütün aləmi,

Gəlsən bu əzaba lap ar edərsən.

17. 04. 2005
MƏN SİLİB ATMIŞAM BAŞIMDAN SƏNİ
Mən silib atmışam başımdan səni,

Bəs niyə könlümdən çıxıb getmirsən?

Sevda dəryasında ömrün yelkəni

Batır fırtınada, aman etmirsən.


Gecələr yuxumu əsir edirsən,

Yuxular ağlıma fəqanə gəlir.

Gündüzlər qəlbimi qəsir edirsən,

Qəlbim zehinimlə min qanə gəlir.


Sən mələk, sən pəri, sən iblissənmi?!

Canımın özüylə sövdaya girdin.

İlahidən gələn gizli hissənmi?!

Möcüzə içində sevdaya girdin.


Beynim fəryad deyir bu bilməcəyə,

Ürəyim təşnədir səni görməyə.

Ağlım layla çalır gündüz-gecəyə,

Heç bəndə mənimtək zülüm görməyə.


Mən silib atmışam başımdan səni,

Baş Allah deyil ki, qəlbə hökm edə.

Hər gün canı alıb öldürmə təni,

Ağlım qul olmayıb qəlbə heç vədə.

15.10.2006; Pirallahı


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin