Кяримбяйли ширин ханым



Yüklə 8,79 Mb.
səhifə78/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   74   75   76   77   78   79   80   81   ...   92

MƏN SƏNƏ CAN DEDİM…

Mən sənə can dedim, sən mənə zəhər,

Zəhərin könlümə yayıldı getdi.

Boğdu həyatımı qüssə, qəm, qəhər,

Ömrümün günləri bayıldı getdi.
Şadlığa, nəş’əyə qəlb təşnə ikən,

Bu təşnə qəlbimə dərd girdi erkən,

Ələm boğazıma dolanan örkən,

Örkən də qandaltək sayıldı getdi.


Sən məni zənn etdin bir qulabənzər,

Gözlərim yaş tökən buluda bənzər,

Mənim harayıma salmadın nəzər,

Harayım div təki ayıldı getdi.


Canım bədənimdə anasız çağa,

Necə əzablardan gəldim bu çağa,

Sızqa ümidlərim düşdü bıçağa,

Soğan qabığıtək soyuldu getdi.


Nədən Şadimana qıyırsan zülüm?

Bağrım ah içində, can deyir dilim,

Ruhumda şadlıqdı, cismimdə ölüm,

Ürəyim arada oyuldu getdi.

12.01.2007


NƏZM-HEKAYƏ



NAKAM MƏHƏBBƏT

/ Ya onu mənə gətir, /



/ Üa məni ona yetir …/
***

Ey əziz oxucum, təmiz məhəbbət,

Hər zaman yaşayır qəlblərdə əlbət.

Dinlədim ağrıyla bir gənc qadını,

Nakam sevdasının qəlb fəryadını.

Titrək sinəsində duyğular daşdı,

O öz taleyini mənə danışdı.

Eşqin, məhəbbətin azalan vaxtı,

İncə diləklərin sozalan vaxtı,

Bu qadın unutmur ölmüş yarını,

Zəif vücudunun can ah-zarını,

Nəql etdi alışan yanan dil ilə,

Mən bu hekayəni çatdırım elə…

***


Qadın öz dərdini mənə danışdı,

Vərəqlər əlimdə yandı, alışdı…


Bir gün peyman etdik hamıdan pünhan,

Sanki belə eşqi görməmiş cahan.

Candan əziz tutduq biz bir-birini,

Sevdik və gizlədik ürək sirini.

Gizli baxışımız toqquşdu yandı,

Könlümüz alova, oda boyandı.

Sevdamız çevrildi saf məhəbbətə,

Apardı sevgini pak səadətə.

Qovuşdu əhd ilə ürəklərimiz,

Bir dama saplandı diləklərimiz.

Qapımız açıldı, xonça-şamların,

Gəldi evimizə toy adamların…

Taxdın barmağıma nişan üzüyü,

Qızlıq şərəfinə pak şan üzüyü.

Zaman gəlib yetdi toyumuz oldu,

Hicranın ürəyi ahdan soyuldu.

Çalındı bəxtimə vüsal nəğməsi,

Aləmi bürüdü bu toyun səsi…

Hamıdan bəxtəvər sandım özümü,

Məhəbbət alova tutdu gözümü.

Mən elə ürəklə sevirdim səni,

Yalnız eşqin idi yaşadan məni.

Gecəm gündüzümə sidqlə coşurdu,

Fələklər sevgimə nəğmə qoşurdu.

Hər günüm sehirlə ötüb keçirdi,

Dünya ürəyimdən sevda içirdi.

Sənli məhəbbətə gətirdim iman,

Necə xoşbaxt idim, necə o zaman?…

Bir işıq da düşdü bu evimizə,

Tanrı oğul payı bəxş etdi bizə.

Fəqət bu xoşbəxtlik uzun sürmədi,

Oğlum sənsiz qaldı, ata görmədi!…

***

Bir gün eşitdim ki, könlümün quşu,



Alıbdı əlindən ağılı, huşu.

Rusiya ölkəsinə uçub gedirsən,

Məndənmi, eşqdənmi qaçıb gedirsən?…

Fəryadım sinədə boğuldu qaldı,

Gözümdə bu aləm dağıldı qaldı.

Qaytara bilmədim səni o yoldan,

Ümidim qıırılıb töküldü koldan.

Gizli röyalara köçdün əbədi,

Bizi bir-birindən ayıran nədi?

Əvvəl inanmadım bu gedişinə,

Fələyin mənimlə sərt gərdişinə.

Zənn etdim cavansan, beyinin qandı,

Səhv duyğu içində xəta oyandı.

Getmisən qayıdıb gələrsən bir gün,

Hicraın bağrını dələrsən bir gün.

Fəqət, elə getdin daha gəlmədin,

Soyuq yatağımda aha gəlmədin.

Aylarım günləri uddu fil təki,

Fələk qapısında can səfil təki.

Ağladı yarımçıq bu sevdasına,

Ağlım haray çəkdi könlün yasına!…

***


Ayişə götürdü qələm və kağız,

Çəkildi bir sakit guşəyə yalqız.

Ağlayan könlünün sözləri daşdı,

Ülvi məhəbbəti hey ucalaşdı.

Tökdü vərəqlərə könül diləyin,

Açdı yalvarışla o saf ürəyin.

Məktublar zərflərdə tapdı yerini,

Qaytarmaq istədi evə ərini…

Bağrından tökülən söz yağışıyla,

Namələr islandı hicran yaşıyla.

Yolandı qürbətə dilsiz varaqlar,

Qəlbində ümiddən yandı çıraqlar.

Hər məktub bir nalə, könül fəqanı,

Dəhşətə gətirdi duyan insanı…

***

BİRİNCİ MƏKTUB

Sənsiz yuxulara mehir salmışam,

Mən sənli dünyada sənsiz qalmışam.

Hər şey öz yerini dəyişib daha,

Gumanım qalmayıb gələn sabaha.

Hər yerdən xəyalın üstümə gəlir,

Qəm qapımı döyür, qəsdimə gəlir.

Sənsiz solğunlaşıb Ayım, Günəşim,

Ey könül alovum, duyğu atəşim.

Vaxtım günlərimi saymaqla keçir,

Əksini bağrıma qoymaqla keçir.

Bu uzun gecələr bir ilə dönür,

Ürəyim odlanır, qəlb külə dönür.

Sükutlar zülməti ovutmur neylim?

İndi röyalara düşübdü meylim.

Hər gecə güldürmək üçün sən məni,

Qovardın üzümdən dumanı çəni.

Min cür oyunlardan çıxardın elə,

Qəlbi oynadardın belədən-belə.

Ya da ki, küsəyən uşaqlar təki,

Gülərdin üzümə, sanki çəpəki.

Bu vaxt incik-incik durub baxardın,

Könlümdə bir sevda qurub baxardın.

İndi röyalara köçmüsən nədən?…

Ey məni eşqiylə bəxtəvər edən?

Hardadı verdiyin o əhd, o ilqar?

Məhəbbət bağına hardan yağdı qar?

Ayrılıq oxuyla gəl oyma məni,

Sən olan dünyada tək qoyma məni…

***


İKİNCİ MƏKTUB
Gəldin həyatıma bir yuxu kimi,

Eşqi məst eylədin xoş qoxu kimi.

Bu cavan ömrümdə açdın gül təki,

Dolandın başıma hey bulbul təki.

Axı bir-birinə möhtac idik biz,

Açır xatirələr ürəyimdə iz.

Necə getmisənsə gəl qayıt mənə?

Ya da ki, bir yolluq mən gəlim sənə.

Niyə qonaq oldun bu həyatıma?

Niyə yas gətirdin de büsatıma?

Səni Ay sanırdım zülmət gecəyə,

Mən dözə bilmirəm bu işgəncəyə.

Dənizim, ulduzum yox olub gedib,

İndi dünya mənə ox olub gedib.

Sanki boş səhraya atıb ah məni,

Yandırır həm axşam, həm sabah məni.

Niyə yaraladın bu ürəyimi?

Zəhərə döndərdin duz-çörəyimi.

Hər səhər yuxudan qalxıram, sənsiz,

Boşalmış dünyaya baxıram, sənsiz.

Üzümü yuyuram göz yaşlarımla,

Qəlbimi döyürəm savaşlarımla.

Deyirəm harada səhv elədim mən?

Məni atıb getdin birdəfəlik sən.

Axı, can deyərdik biri-birinə,

Kimlər qapı açdı bu can sirrinə?

Axır göz yaşlarım soyuq balışa,

Kim tutdu bəxtimi böylə qarqışa?

Hər gecə röyamdan çıxıb gəlirsən,

Həsrətin evini yıxıb gəlirsən.

Gizli sevgilərlə pıçıldaşırıq,

Sevda zirvəsini şövqlə aşıırıq.

Qollarım dolanır boynuna nalan,

Ey mənim qəlbimi eşqiylə alan?

Sənsiz yoxdu mənə bu həyat, bu can,

Qoyma varlığımı olsun yarımcan.

Acı göz yaşlarım könlümə axır,

Ağlımın evində şimşəklər çaxır.

Ələmdən, ağrıdan qəlb parça-parça,

Yükü düşür hər gün ağaran saça.

Qayıt, xilaskarım, gəl dön Vətənə,

Bu müdhiş ayrılıq əzabdı tənə.

Sənsiz sızıldayır könlümün başı,

Qayıt evimizə, ey can sirdaşı.

Qayıt, qəlb yarama məlhəm ol barı,

Ələnir başıma kədərin qarı.

Qayıt, boşalıbdı cahanım, sənsiz,

Qayıt, fəryad edir ünvanım, sənsiz.

Qayıt, röyalardan dön gerçəkliyə,

Qoy mən də əlvida deyim təkliyə!…

***


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin