YARİ-VƏFADAR
Yari-vəfadar,
Sənsiz dünya dar,
Sənə könlüm var.
Duyğum coşanda,
Nəğmə qoşanda.
Var olur can da
Qoşalaşanda.
Yari-vəfadar,
Sənsiz dünya dar,
Sənə könlüm var.
Yox ömrü-günü,
Dərd ona günü.
Yetməyir ünü,
Gəl aç düyünü.
Yari-vəfadar,
Sənsiz dünya dar,
Sənə könlüm var.
Bu qış qaçdı gəl,
Yaz gül açdı gəl,
Günəş saçdı gəl,
Sevdam acdı gəl.
Yari-vəfadar,
Sənsiz dünya dar,
Sənə könlüm var.
Şadiman yandı,
Rozmadı andı,
Arada qandı,
Bu çıxan candı!
Yari-vəfadar,
Sənsiz dünya dar,
Sənə könlüm var.
9. 05. 2006
EY FƏSLİ-BAHARIM
Ey fəsli-baharım,
Ey çıxdı-aharım,
Ey dünyəvi-varım,
Ey gülüzli-yarım.
Göydən nur ələndi,
Aləm təzələndi,
Canım, ürəyim yar,
Sevgiyə bələndi.
Ey günəş saçıb gəl,
Ey güllər açıb gəl,
Ey könül uçub gəl,
Ey ahı biçib gəl.
Atəşdədi canım,
Artıbdı divanım,
Hey çəkir zabanə
Tən içrə canım.
Ey ömür-zəhərim,
Ey gözdə qəhərim,
Ey könül bəhərim,
Ey sübhi-səhərim.
12. 05. 2006
SƏN EY KÖNLÜMÜN YARI
Gözlərim alışan şam,
Kim həsrət, kim alır kam?
Yandırır səhər-axaşam,
Məhəbbət bir cüt lalə,
Sevda dolu piyalə,
Həsrətdən çəkmim nalə,
Dur gəl, bir bizə sarı,
Sən ey könlümün yarı.
Axşam düşdü gəlmədin,
Göz yaşımı silmədin,
Bir halımı bilmədin,
Qanadlanıb diləyim,
Sevdalanıb ürəyim,
Sən ki, həyat dirəyim.
Burax qəlbdən ah-zarı,
Sən ey könlümün yarı.
Zaman aləmə çıraq,
Bir vermir səndən soraq,
Duyğular varaq-varaq,
Açır sinəmdə çiçək,
Gəlişin ola gerçək-
Eşqin şərbətin içək,
Gecə olubdu yarı,
Sən ey könlümün yarı.
22. 05. 2006
SANIMI ARA, GÜLÜM
Canımı ara, gülüm,
Canımda.(2)
Oxuyur, sevda dilim,
Anımda.(2)
nəqarət
Baxışın canım alır,
Məni kəməndə salır,
Ürəyim düşüb qalır,
Yanımda.(2)
Vurma qəm oxu mənə,
Bir sevgi oxu mənə,
Olmasın yuxu mənə,
Canım da.(2)
Ömürü qovur həyat,
Gah kədər, gah da büsat,
Əzəldən qaynar həyat,
Qanımda.(2)
12. 01. 2007
O TİTRƏK BAXIŞIN GÖZDƏN YAŞ SİLƏ
O titrək baxışın gözdən yaş silə,
Bağrımdan həm ağrı, həm təlaş silə.
Oxuya könlümdən keçəni bir-bir,
Hicran acısına etməyə səbir.
Dağıda sinəmdən həsrət buzunu,
Yandıra ömrümdə bəxt ulduzunu.
Coşdura ümidlə diləyimizi,
Haqqa qovuşdura ürəyimizi,
Nə acı çəkirəm anlayıb bilə?
O titrək baxışın gözdən yaş silə.
12. 01. 2007
YOLUNU GÖZLƏMİŞƏM
Yolunu gözləmişəm,
Saatı izləmişəm,
Elə əzizləmişəm,
Qırdın qəm sapını sən,
Açmısan qapımı sən.
Bu Allahın baratı,
İşıq etdin həyatı,
Nurlanıb könül qatı,
Qanad açıb diləyim,
Ey istəkli mələyim.
Nəş’əm tutub aləmi,
Unutmuşam ələmi,
Salıb eşqə qələmi,
Bunu dastan edirəm,
Və gülüstan edirəm.
Vermədin könlə cəfa,
Eylədin eşqə vəfa,
Ey ürəyimə şəfa,
Qalmışam hicran ilən,
Şadiman yar can ilən.
13. 01. 2007
DƏRDLƏRİMİN DƏRMANI
Sinəmdə var diləyim,
Səni gəzir ürəyim,
Ey istəkli mələyim?
Gətir vüsal zamanı,
Dərdlərimin dərmanı.
Bağçadan ayaz qaçıb,
Bağ-bağat da gül açıb,
Sinəmdən könül uçub,
Özün ver bir fərmanı,
Dərdlərimin dərmanı.
Yollardan gələnim var,
Həsrəti bölənim var,
Dərdimdən ölənim var,
Aparıb din-imanı,
Dərdlərimin dərmanı.
Süfrəmiz saçaq-saçaq,
Üzü Günəşə açaq,
Şadiman yanan ocaq,
Kabab, ahı-amanı,
Dərdlərimin dərmanı.
13. 01. 2007
OXUYUR SEVDA QUŞU CANIMDA
Könüldə duyğularım oynayır,
Qəlbimin alovuyla qaynayır,
Niyə bəs ürəyimlə oynayır?
Onun öz sevgisi var qanımda,
Oxuyur sevda quşu canımda.(2)
Gecəmin zülmətinə çıraqdır,
Ağrıdan, əzablardan iraqdır,
Eşqimin ülfətindən soraqdır,
Mən onu görməmişəm yanımda,
Oxuyur sevda quşu canımda.(2)
Vəfalı sevgili yar baratdı,
Bu yarın səadəti həyatdı,
Kim ki, bu dünyada eşqə çatdı-
İlahi diləyi var anımda,
Oxuyur sevda quşu canımda.(2)
Şadiman ağrıya şan verməsin,
Könlünü ona nişan verməsin,
Əzrayıl gəlsə də can verməsin,
Tanrıdan mükafatdı canım da!
Oxuyur sevda quşu canımda.(2)
14.01.2007
GECƏLƏR, AY GECƏLƏR
Yenə edir qeylü-qal,
Tutulur əhvalı-hal,
Doğurur min bir sual,
Qanad açır necələr?
Gecələr, ay gecələr.
Könlü çəkib aparır,
Sanki tufan qoparır,
Ürəyi hicran sarır,
Sinədə qəm gecələr,
Gecələr, ay gecələr.
Ayı-ulduzu çıraq,
Düzülüb varaq-varaq,
Sabahdan verir soraq,
Şehi yuyur küçələr,
Gecələr, ay gecələr.
İlhamım mələk təki,
Dolaşar dilək təki,
Alışar ürək təki,
Ruhum kimi incələr,
Gecələr, ay gecələr.
Gözümdən yuxu qaçar,
Təbimlə birgə uçar,
Gəlib qapımı açar,
Göydə, yerdə dincələr,
Gecələr, ay gecələr.
Şadimana etmə naz,
Oxşasın könlü avaz,
Qəlbimə eşqini yaz,
Sanma ki, əyləncələr,
Gecələr, ay gecələr.
13. 01. 2007
EYVAH, ÜRƏYİM OD TUTUB ATƏŞLƏRƏ YANDI BAXMAYIIR İNSAFA HEÇ CANDAN ALIR CAN QOCALIIQ
Baxmayır insafa heç candan alır can, qocalıq,
Qoymayır dünyada ki, bir elə ünvan, qocalıq.
Fələyin əmrinə hazırdı sala təni dala,
Elə tən yiyəsi yox etməyə divan, qocalıq.
Düşürüb taxtdan əcəb hakimi-sultanı, şahı,
Eləməz dərdə dəva, işi, gücü qan, qocalıq.
Göz baxar, üz qıırışar, taqəti olmaz ürəyin,
Elə naləyə düşər təndə ki, hər yan, qocalıq.
Qalar möhtaca ürək, qəminə çarə edəsən,
Yaraşar sənə elə dünyada ad-san, qocalıq.
Elə hünər yiyəsi de mənə, yıxmasın onu,
Necə haldan düşürər buza dönər qan, qocalıq?
Sənə möhtac olana o səni möhtac eliyər,
Olsa min canın əgər, eyləyər bircan, qocalıq.
Elə zalım fələyin əmrinə əsir olalı,
Ağlayır bəni-bəşər, əlində yaman qocalıq.
Şadimana, ürəyin qanə dönübdü nə edim?
Salıb ata, anavu verməyir aman, qocalıq.
23. 05. 2002
Dostları ilə paylaş: |