Кяримбяйли ширин ханым


YENƏ GƏLDİN RUHUMU ŞAD ELƏMƏKÇİN, NOVRUZUM



Yüklə 8,79 Mb.
səhifə85/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   81   82   83   84   85   86   87   88   ...   92

YENƏ GƏLDİN RUHUMU ŞAD ELƏMƏKÇİN, NOVRUZUM

Yenə gəldin ruhumu şad eləməkçin, Novruzum,

Yenə ağzımda şirin dad eləməkçin, Novruzum.
Sən mənim keçmişimin, tariximin şanlı izi,

Gəlmisən adətimi yad eləməkçin, Novruzum.


Açıb erkən qapımı nur tökürsən üz-gözümə,

Bu viran könlümü abad eləməkçin, Novruzum.


Düşüb sevdam qanıma, canımı atəşə salır,

Canda məhəbbəti gurşad eləməkçin, Novruzum.


Can alan məşəlinin şö’ləsi ərşə dikəlib,

İçdə pisliklərə fəryad eləməkçin, Novruzum.


Yayılır hər tərəfə şamlarının gur işığı,

Gecənin özünə imdada eləməkçin, Novruzum.


Tökürsən ürəklərin sən kini-küdurətini,

Hər cür incikliyi dilşad eləməkçin, Novruzum.


Mənim heç bir təntənə açmadı könlümü belə,

Cəhdi-qıl qəmimi naşad eləməkçin, Novruzum.


Gəl götür hər sinədən yamana nişanəliyi,

Pisliyin özünü bərbad eləməkçin, Novruzum.

Şadiman qüdrətüvün rəhminə verdi könlünü,

Hər zad ağrı-acıya dad eləməkçin, Novruzum.

20. 03. 2005
YANIR ÜRƏYİM AH İLƏ FƏQAN RASINDA
Yanır ürəyim, ah ilə fəqan arasında,

Hər ahıma şivən oxunur, an arasında.


Qanlara düşür, canım evi dərdin əlindən,

Gözdən tökülən yaşlarım al qan arasında.


Qarə gecəmin zülfünə şəbnəm tökülür ah,

Hər sübhümə tə’nə oxunur dan arasında.


Həsrətlərə düçar ürəyə çarə bulmadım,

Zülümlərə düşdün niyə mən can arasında?


Demə, bu Şadimanə heç peymanlığı yoxdu,

Qəlbilə təbi birləşib hicran arasında.

7. 06. 2005

SİNƏM ALIŞIR HİCRİNƏ, EY YAR, GECƏ-GÜNDÜZ


Sinəm alışır hicrinə, ey yar, gecə-gündüz,

Neylim ki, hicrində həyat var, gecə-gündüz?
Hər duyğumu nalə acısı yandırır ahtək,

Bu kürreyi-aləm gözümə dar, gecə-gündüz.


Səf-səf düzülür xatirələr qəlbin evinə,

Edir ürəyim eşqin ilə zar, gecə-gündüz.


Səndən qeyri yoxdu belə könlümə şayən,

Sənsiz ələnir atəşimə qar, gecə-gündüz,


Biganə bilib, Şadimanə arxa çevirmə,

Fəqanuva olub ürəyi car, gecə-gündüz.

11. 06. 2005

YANAR ÜRƏYİM DƏRDİN ƏLİNDƏN DİLƏ DÜŞDÜ

Yanar ürəyim dərdin əlindən dilə düşdü,

Ahım dikəlib ərşi-əladan zilə düşdü.
Fəqan elədim, ömrümə bir çarə arayım,

Dəmdən ötüşüb ağrılarım hər ilə düşdü.


Ağlar gözümün çeşmələrin dəryalar uddu,

Təşnə sinəmə dəryalarından gilə düşdü.


Heyran elədi qəmləri tə’nə milləri,

Çəkdiklərimin zülmü, sitəmi milə düşdü.


Hicran ələyir başıma hey cövrü-cəfasın,

Hər nə sitəm Şadimana dərd ilə düşdü?

12. 06. 2005

AĞLAR GÖZÜMÜN YAŞLARI BİR ÇEŞMƏYƏ BƏNZƏR

Ağlar gözümün yaşları bir çeşməyə bənzər,

Hər çeşmə içində bədənim hüritək üzər.

Səsim bürüyər ərşi-əlanı, qəmi bəla,


Ərşi-əladan ürəyim ruhumu gəzər.
Yerdən göyədək sevdalanıb uçmağa qadir-

Canım, bədənim qanad açıb aləmi bəzər.


Fələk təki heyrətdə olar bütümə mələk,

Ondan da gözəl könlə salar Rəbb özü nəzər.


Qəmə əyilən yoxdu bu Şadimandan savay,

Hər günü yüz yol eyləyər can tənə həzər.

13. 06. 2005

HARAY ELƏYİB SƏSİMƏ BİR XANƏ YARATDIM

Haray eləyib səsimə bir xanə yaratdım,


Hər ahımı, hər fəqanımı xanəyə atdım.
Canı qoparıb tənimi çox vaylara saldım,

Bu vaylar içindən dikəlib aləmi qatdım.


Hissi-bədənim canıma bir şeyda olurkən,

Ağrı-acımı nəş’ələdib bağrıma çatdım.


Göylərdən uca təbimə bir dəva aradım,

Təbin içindən yol açıb cövrünə yatdım.


Hər canın evi mən təki atəşlərə düşməz,

Atəşlər içindən özümün ruhumu daddım.


Hünər yiyəsi, rəhmə gəlib Şirinə söylə-

Hər ömrün özü Rəbbə yetən bir quru addım.

13. 06. 2005

CANIN YİYƏSİN CANIN ÖZÜ GÖRMƏSƏ OLMAZ

Canın yiyəsin canın özü görməsə olmaz,

Canına dəyən hər sitəmi gərməsə olmaz.
Candan tökülən ağrıların çeşməsi boldu,

Ağrı-acını çeşmələrə sərməsə olmaz.


Qəmlər bağının meyvəsi yetdi ki, vüsalə-

Bağın bəhərin bağ yiyəsi dərməsə olmaz.


Hicran acısı çəkməyənə vəfa nə lazım?

Əziyyətini ürəyə göndərməsə olmaz.


Vüsalın özü Şirinə bir hicir qapısı,

Hicran qapısın zülmətə göndərməsə olmaz.

14. 06. 2005

GƏLSƏN ELƏ GƏL KÖNLÜNÜ SEVDAYA TUŞ EYLƏ

Gəlsən elə gəl, könlüvü sevdaya tuş eylə,

Sevda acısın mən təki sən, cana nuş eylə.

Yoxdu elə gün, bir olum hicrində azadə,


Al canımı təndən, dolanan ərşə quş eylə.
Gözdən gələn hər ləhzəni ürəyə aparma,

Qəlbdən gətirib sadəliyi, beynə huş eylə.


Viran olanın könlünü, viranə yarıtmaz,

Ağlar ürəyin halını sor, günü xoş eylə.


Qatlaşmayacaq Şadimanın cövrünə kimsə,

Dərdin kələfin düynünə sal, onu boş eylə.

14. 06. 2005
HİCRAN ACISI KÖNLÜMƏ BİR NALƏ YARATDI
Hicran acısı, könlümə bir nalə yaratdı,

Canın evini nalələrin içinə atdı.


Fəryad elədim eşqin ilən mən gecə-gündüz,

Fəryadlar içində ürəyim sübhünə çatdı.


Hər zülmə düşən can yiyəsi mən təki olmaz,

Zülümlərə vərdiş edən pünhanlığa yatdı.


Azədəliyin cövrü-cəfasın çəkirəm çox,

Azədəliyim qəlbin içində belə batdı.


Hər sübhə xeyir cəhd elədim həsrətə erkən

Həsrətlərimdən sabahım ahı oyatdı.


Sevdalılığı Rəbbi verib Şirinə erkən,

Sevdalılığını ürəyi eşqinə qatdı.

14. 06. 2005

YOXDU SƏNDƏN SAVAYI, KÖNLÜMƏ MUNİS NƏ EDİM?

Yoxdu səndən savayı, könlümə munis nə edim?

Tərk eləmir heç məni hey dəli bir hiss nə edim?
Səni Xuda yaradıb qəlbimi ağlatmaq üçün,

Sanmayırsan bunu sən bircə kərə pis nə edim?


Döndərib, üzümü mən baxmayıram sənə sarı,

Bunu bir tənə təki zənn edirsən, küs nə edim?


Hamı ocağa baxır, atəşinə mehman üçün,

Bürüyübsə onu bəs çəkilməyən his nə edim?


Şadiman hər gecəni naləyə iftar eləyir,

Üzü min rəngə çalan hər sabahı mis nə edim?

24. X. 2005

YERLƏ GÖYÜ AH EDƏN…

Yerlə-göyü ah edən,

Bu ahla günah edən.

Nəş’əni anla verən

Ələmlə sabah edən.

Səndə Rəbb qorxusu yox,

Qəlbində gah-gah edən.

Tutan nahaq işləri,

Şəri qibləgah edən.

Vicdanına güzgü tut,

Sözündə hərgah edən.

Biz ki, Tanrı bəndəsi,

Dilin səcdəgah edən.

İblisə meydan verib,

Könlü mə’bədgah edən.

Yaxşını burda qoyub,

Yamanı Allah edən.

İşinin çəmi kəsir,

Özünü nə şah edən?

Ağlının xislətini,

Şeytana agah edən.

Yoxmu bir cövrünə son?

Pisliyi nəgah edən.

Uyub eşqinə şərin,

Şər ilə nigah edən.

Mərdi ki, darda qoyub,

Namərdə pənah edən.

Bəllidi hiylə donun,

Yetəcək bir gün sonun.

Yerlə-göyü ah edən,

Bu ahla günah edən…

17. 02. 2005




Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin