GƏLƏ BİR BAŞA AĞIL, BİZ DƏ BİR HÖRMƏTƏ ÇATAQ
Gələ bir başa ağıl, biz də bir hörmətə çataq,
Günü ağ, işi rəvan bəxtəvər millətə çataq.
Hamı azadəliyi dünyaya elan eləyib,
Biz də azadəliyi nuş ilə şöhrətə çataq.
Haramı dərdə salıb həlala verək rəvac,
Dəxi xalqlar içrə, hər cürə izzətə çataq.
Şeytan olmaq həvəsi hər kəsə ürcah oldu,
Şeytanı dəf eləyib o nurlu Xilqətə çataq.
İmanı dala atıb eyləməyək cana sitəm,
Biz də vicdan deyilən o gözəl nemətə çataq.
Üzü qibləyə sarı – xeyrə tutaq əlimizi,
Canı təndən eləyək, öylə ülviyyətə çataq.
Bir hovur tut başını, bu günün seyrinə dal,
Ya ki, heyvan sayağı ömrü-zillətə çataq.
Şadiman, Rəbbi sevən hər iki dünyaya təmiz,
Eşqə ver ürəyini, qoyma ki, illətə çataq.
8. 05. 2006
GƏRƏK İNSAN ÖZÜNÜ YAXŞIILIĞA SÖVQ ELƏSİN
Gərək insan özünü yaxşılığa sövq eləsin,
Etdiyi yaxşılığı, yaxşılığa zövq eləsin.
Verən o canı bizə, eşqə giriftar etdi,
Olub eşqə şüada, hər işini fövq eləsin.
Tənə can verdi Xuda sirrini izhara görə,
Ki canı verdiyi tək, almağı hər tövq eləsin.
Cəhi-cəlal əsiri olmağa tələsməyin heç,
Üzünü Həqqa tutub, haqqını çox rövq eləsin.
Şadiman, ver təbə öz eşqini bundan sonra,
Gətirib ruhu cana, aləmə min şövq eləsin.
9. 05. 2006
NƏ BƏLA GƏLSƏ CANA MÖHLƏTÜ-HİCRANDAN OLAR?
Nə bəla gəlsə cana möhlətü-hicrandan olar?
Elə bir aha salar, canın özü candan olar.
Bunu eşq əhli bilir, həsrətə bir çarə yox,
Edər ürəyə sitəm, ağrısı hər yandan olar.
Elə bir zülümü olar, fəryadı ahı deşər,
Sanki zaman dayanar, fələk özü andan olar.
Şadiman, eylə zikir, şivənə salma özünü,
Vermə bağrıını bada, çünki o da qandan olar.
9. 05. 2006
GEDƏRƏM HƏR GECƏNİ YUXUDA ALLAHA TƏRƏF
Gedərəm hər gecəni yuxuda Allaha tərəf,
Qovub şər əhli məni, yollamasın aha tərəf.
Dilim həqqı arayır, zülmətə yoxdu ümidim,
Yenə könlü aparır Yaradan sabaha tərəf.
Yanıram sübhə qədər röyaların təşnəsinə,
Ayrılır məndən ruh, gedir qibləgaha tərəf.
Yığıram dərdlərimi ürəyimin guşəsinə,
Yalvarım fikir evimə, atmasın gunaha tərəf.
Şadiman, bu fələyin atəşinə yandı könül,
Qopub təndən beləcə gedir səcdəgaha tərəf.
10. 05. 2006
EYLƏMƏ ZÜLMÜ MƏNƏ, EYLƏDİYİN BƏSDİ DAHA
Eyləmə zülmü mənə eylədiyin bəsdi daha,
Bağrımın rişəsini tişənişin kəsdi daha.
Bu canı çox elədim, yoluna qurban biləsən,
Nə edim, hicranın yetdi mənə qəsdi daha?
Bilirəm qeyrilərin ülfətinə eşqi nədir?
Üzə sevda oxudu, özgələrə əsdi daha.
Sənə amadəliyi, söyləməyə yoxdu dilim,
Məni amadə edən hər diləyin nəsdi daha.
Çoxları mehrə salır o dəli mehmanəliyi,
Eləmə mehrə sitəm, bu sitəm əbəsdi daha.
Zamanım ah ilədi, ahımı yox aha tutan,
Dolaşıb qəmə ilim, hər ilim sərməstdi daha.
Şadiman həsrətüvə, bir alışan şam gecələr…
Şamın atəşi tutub ürəyini, isdi daha.
10. 05. 2006
EYLƏDİM ZİKİR BUGÜN, YARI-VƏFADAR GƏLƏSƏN
Eylədim zikir bugün yarı vəfadar gələsən,
Ürəyim aha düşüb hər günü ah-zar, gələsən.
Məni hicran acısı hər gecəyə şam elədi,
Salıb zülmətə işıq, burda çıraq var, gələsən.
Ay çəkib üzünə tül göz yumub ulduzlar ona,
Eşqi-mehmanəliyi bildirib, ey yar, gələsən.
Şadiman höküm eləyib könlünə bu sadəliyi,
Sən də bu hökmə uyub, bugün harda var gələsən?
10. 05. 2006
BİR ZAMANLAR SƏN İDİN EŞQİ-BAHARIM, HARDASAN? !
Bir zamanlar sən idin eşqi-baharım, hardasan? !
Kabab oldu ürəyim, çıxdı aharım, hardasan?
Bir əlac etməyi layiq saymadın sən özüvə,
Ərşi ağlatdı ahım, ey dili-zarım, haradasan? !
Can deyib, canımı mən eylədim pünhan eşqüvə,
Mənim pünhan eşqimi etmədə carım, haradasan?
Bir məqam yetirə Xuda, bu fəraqın eşqinə,
Nə qədər çəkdim acı, olmadı karım, hardasan?
Gecə-gündüz Şadiman ahi-fəqan etmədədi,
Düşüb könlü zülümə gülüzlü yarım, hardasan?
12. 05. 2006
SÖZÜ DÜZGÜN, ÖZÜ MƏRD, OL BU CƏSARƏTDƏ OĞUL Sözü düzgün, özü mərd, ol bu cəsarətdə, oğul,
Ağlını qoyma qala şərə əsarətdə, oğul.
Yüz belə hökmü ola, şeytan elə şeytandır,
Onun hiyləsinə bax, qalma ətalətdə, oğul.
Ataya, anaya olsun can var ikən eşqin,
Onların haqqını bil, bunca itaətdə, oğul.
Vətən eşqini danıb, qürbətə etmə sevda,
Babovun saldıığı yurd Rəbbə əmanətdə, oğul.
Elimə, biliyə sal meylini, ol gözüaçıq,
Canı et ağla əta, haqqa zəmanətdə, oğul.
Elə sev, sevdiyinin sevdası olsun dürüst,
El içində olasan bunca ədalətdə, oğul.
Şadiman hər yetəni mədh eləməz yaxşı tanı,
Baxma ki, ömrü keçir öylə zəlalətdə, oğul.
14. X11. 2006
DODAQDƏYMƏZLƏR
DİLƏKLƏR NECƏ DƏ ÇİÇƏKLƏDİLƏR?
Diləklər necə də çiçəklədilər?
Harayı cahanı ağzına aldı.
İlin hər ayında ləçəklədilər,
Şaxtası, sazağı qışlara qaldı.
Anda həyat gəzdi, saatda adət,
İstəklər zəkada açan səadət,
Hər ağla Allahdan gələn sədaqət,
Qartaldək sinəyə qanadın çaldı.
Çaylartək şaqqıltı, sellərtək haray,
Titrəyən yer təki zəlzələsi hay,
Tikdi can içində zinətli saray,
Canı ağrıların içinə saldı.
Diləklər gecəyə sarıldı yartək,
Ələndi hər ağla ağ inci qartək,
Açdı talelərdə neçə ilqartək?
Hər ağlı çalxatdı ah, necə haldı?
Gah şirin, gah acı, gah zəhər daddı,
Sinəni titrətdi nə qəhər çatdı?
Hıçqıra-hıçqıra qaynadı, yatdı,
Həyat şərqisini dillərə saldı.
Can ağrı içində, cana nə zilət?
Yaxdı saatları, ağrıdı illət,
Dilək İlahidən insana alət,
Şirini, acısı sinəyə xaldı.
Hər canın eşqinə, hər zəka qəsir,
Ağlın azlığından sarayı əsir,
Hər saat Allahın əlində əsir,
Həyatın zəngini heç nəyə çaldı?
Şirinə can dedi, canı xar edən,
Sinənin içini ahı-zarı edən,
Yazıq kağızlara dərdi yar edən,
Yetirin etdiyi nə qeylü-qaldı?…
11. 09. 2004
Dostları ilə paylaş: |