Кяримбяйли ширин ханым



Yüklə 8,79 Mb.
səhifə89/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   84   85   86   87   88   89   90   91   92

R Ü B A İ L Ə R

***
1.Çəkmədi dünya kimsə qəhrini,

İçirtdi hər adama zəhrini.

Gələnlər gördü onun dadını-

Heç kimə qıymadı öz bəhrini.

***


2.Ocağı bəla külündən çəkir,

Bülbülü xəzan gülündən çəkir,

Sanma o zülmü verən qadirdi,

Nə çəkir, hər kim dilindən çəkir?

***

3.Könlü öz qiblənə aldatma, fələk,

Gündüzü gecə bilib yatma, fələk.

Döndərib üzünü bir mənə sarı,

Başımı fe’lə salıb qatma, fələk.

***

4.Hər kəsin üzünə zinətdi həyat,

Ya cəhənnəm, ya da cənnətdi həyat.

Kim ki, göstərmədi qadirliyini-

Dünyadan köçüncə minnətdi həyat.

***

5.Çalış ki, dönməyəsən mayağa,

Zərbənin çoxu dəyir dayağa.

Elə tut mərtəbəni, ey qafil,

Axırda düşməyəsən ayağa.

***

6.Çoxunun dili başından böyük,

Etdiyi fəna yaşından böyük.

Bəşərdən gələn hər yamanlıqlar,

Rəbbin göydəki daşından böyük.

5. X11. 2002

***


7.Mehr ilə hər könlə qalmaz fələk,

Bəndənin qapısın çalmaz fələk.

İlahi verməsə öz hökmünü,

Kimsənin canını almaz fələk.

***

8.Ömür sürətlə qaçar ana tərəf,

Cin təki baş vurar hər yana tərəf.

Yetişər son zamanı insanın,

Əzrayıl sövq eləyər cana tərəf.

***

***


9.Kim olur fitnə, fe’l sultanı?

Bəşərin özü ara qatanı.

Rəbb verən adını salmaz yada-

Fələyin torpaq altda yatanı.

***

10.Ömrünü verən sənə qadirdi,

Canını salan tənə qadirdi.

Üzünü çevir haqqına sarı,

Rəhmi eyləyən yenə qadirdi.

***

11.Demə, Rəbb rəhm eləmir bizə, bəşər,

Tökdüyün qan ki, çıxıb dizə, bəşər.

Sən zülüm edirsən, Tanrı susur…

Vurmayır etdiyini üzə, bəşər.

***

12.Qapına mehri-vəfa salmaz əcəl,

Elə bir saniyə bekar qalmaz əcəl.

Olmasa İlahinin hökmü bil,

Dəni üzülməyəni almaz əcəl.

***

13.Başıma şah elədim ağlımı,

Qatmışam könlə ömür nağlımı.

Elədim ərz-halı Şadimana,

Şadimanlıq qapısı bağlımı?

***

14.Doğulan olmaya daş aləmə,

Salmaya bəlanı baş aləmə.

Üfürüb haqq gözünə şər külü,

Etməyə zülmünü faş aləmə.

6. X11. 2002

***



İ K İ L İ K L Ə R


**

Duyğudan qopmasa xeyir əməllər,



Allaha açıla qalacaq əllər…

**

İçində yatmışsa vicdanın əgər,



Bil, əllərin haqqın başına döyər.

**

Qulağın almasa qadir səsləri,



Gözün görməyəcək müqəddəsləri.

**

Tale də insananın öz əlindədir,



İşində, gücündə, əməlindədir.

**

Güclülər həmişə gücsüzü əzir,



Çünki başlarında şeytandı gəzir.

**

Yaradan dünyanı yaratdı qəmlə,



Batırdı ağrını sirli aləmlə.

**

İnsan can sirrini heç vədə bilməz,



Canı yaradanın özüsə ölməz…

**

Naqislər əlində ağlayır bəşər,



Ağlı fəth eləyib əbədi bu şər.

**

Heç kəs yığdığını aparmır gora,



Bəs nədən ağlımız düşübdü tora?

**

Zülmətdən boylanan Ay nura bənzər,



Gecənin boynunu sədəftək bəzər.

**

Hər kəs Yaradanı dərk edə bilməz,



İdrakı deyənə ərk edə bilməz.

**

Zaman saatlara etdikcə əmir,



Çağlayıb su təki hey axır ömür.

**

Nadanlar əlində can olub əsir,



Düzlükdən dəm vuran düzlüyü kəsir.

**

Dünya xəlq olanan qeylü-qaldadı,



Xeyr ayrılıqda, şər vüsaldadı.

**

Gecənin qoynundan al səhər doğur,



Sabah öz ipiylə zülməti boğur.

**


**

Yerlə yeksan oldu bu dünya min yol,

Heç tapa bilmədi haqq evinə yol…

**

Allahın ibadət evinə gedən,



Allahı içində aramır nədən?

**

Dunya həm yas evi, həm toy, həm də ün,



Dağılar hər kəsin xanəsi bir gün.

**

Pislikdən yaranıb yəqin ki, bəşər,



Odur ki, içində bardaş qurub şər.

**

Sındırma heç kəsin qəlbini nahaq,



Canı mühakimə eyləyəcək haqq.

**

Həqiqi məhəbbət dilə gəlməyir,



Yaşayır can ilə heç vaxt ölməyir.

**


Ömür ayağımız altında təkər,

Ağıl dərk eləyər, can ağrı çəkər.

**

Nadanlar dünyanın özünə yükdü,



Dünyanın özündən dərdi böyükdür.

**

Ocağın yanması hislə bilinər,



Yaxşının qədiri pislə bilinər.

**

Üzünə güləndən qoru özünü,



Gülüşlə gizlədər, çünki üzünü.

**

Taleyi boşuna buraxsan, əgər-



Axırda çevrilib başına döyər.

**

Əlacsız qalana yetir əlini,



Allah özü görür hər əməlini.

**


Pisdən ibrət alma, xeyirdən götür,

Demə, hər yamanlıq boş yerə ötür.

**

Hamı qarışdırıb yaxşı-yamanı,



Heç kəs dərk eləmir axır zamanı.

**

Həqiqət çəkilib əzəldən dara,



Odur ki, xilqətin köksündə yara.

**

Nəfsə əsir olan nəfsinə enir,



Axırda nəfsinin quluna dönür.

**

Nə qədər şüurda şər qurubdu taxt,



Dünyanın xilası görünməz heç vaxt.

**

Zaman saatlara vurur naxşını,



Çəkməz üstümüzdən biryol baxşını.

**
Düşünən başların ağrısı böyük,

Dünyanın əzabı çiyinində yük.

**

Hər sədəf içinə mirvari yatır,



Dənələr içində incilər yatır.

**

Nədir bəs könlünü günahkar edən?



Allahın evinə imana gedən?…

**

Sübhün şəfəqləri tor qurub çənə,



Hər şəfəq içində bir bülur dənə.

**

Səadət qapını döyməz boş yerə,



O meyvə deyil ki, tökülsün yerə.

**

Həyanı itirən həyadan deyər,



Həyanın özünü diliylə döyər.

**

Umma namərdlərdən heç zaman vəfa,



Axırda özünə deyər bivəfa.

**

Şöhrətin əsiri olan hər kəsin,



Sonunda şöhrət də kəsər nəfəsin.

**

Eşq – Allahdan gələn ilahi sevda,



Odur ki, həm ruha, həm cana qida.

**

Baş qapsın açır şüura yan deyir,



Ağlın fəryadına ürək can deyir.

**

Zülmə mübtəladı bəşər övladı,



Odur ki, zülümlə çəkilir adı.

**

Günahlar içində əlləşən insan,



Günahın özünə olacaq ehsan.

**

Əzrayıl döyməyən qapı qoymayır,



Yedikcə tənləri gözü doymayır.

**

Həqiqət içindən hikmət boylanır,



Hikmətin özündən nemət boylanır.

**

Kim öz millətinə kəsilsə yağı,



Axırda özü də görəcək dağı.

**

Özgə havasıyla oynayanların,



Sonunda özgələr alar canların.

**

Düzlüklə yuğura bilsən bətini,



İlahi əskiltməz məhəbbətini.

**

Allah dərgahına əl açmaq neçin?



Bizi yaratmayıb dilənmək üçün!

**

Vətən – hər millətin dunya neməti-



Millətin özündən aslı hörməti.

**

Dil bıçaqla kəsər ürək vaylanar,



Ürəyin başına ağıl haylanar.

**

10.X.2005


Qapılıb zehinə enmə dərinə,

Ürək tab eyləməz ağıl yerinə.

**

18. 06. 2006


Qulaq götürür,

Beynə ötürür.

15.10.2006; Pirallahı

***


Dünya əbədidir düşünür hamı,

Allahın əlində dünyanın damı.

***

Hər surət içində bir heyrət yaşar,



Heyrətdən bu həyat qaynayıb daşar.

***


Mənliyi qorumaq ömürdən uca,

İtirdin harayın çatmaz əlaca.

***

İnsan ömrü boyu mərama təşnə,



Məramsa insanı çəkir dişinə.

***


Xoşbəxtlik anlarla, sevdası sonsuz,

Kim yaşaya bilər həyatı onsuz? !

***

Bu dünya seyr evi, gələn doymayır,



Niyə gəldiyini heç kəs duymayır?

***


Çarpıışıb, çalışan, yarışan insan,

Yığdıığın bəs kimə olacaq ehsan?

***

Hər kəsin ağlında bir şeytanı var,



Ömrünə, gününə dəmtutanı var.

***


Günəşin odundan aya pay düşür,

Zülmətin könlünə ahı-vay düşür.

***

Dağ dilə gələndə qayalar çökür,



Bağrının naləsin dərəyə tökür.

***


Qartalın zirvəyə uçmağı fərman,

Sərçənin zirvəyə düşməyi dərman.

***

Haqqın kəraməti azalıb gözdən,



Odur ki, həya da əskilib üzdən.

***


Nə kütlə, nə də xalq millət olmayır,

Millət heç bir əldə alət olmayır.

***

Sədəf mirvarinin isti yuvası,



Onu dəryalardan tapar qəvvası.

***


Məhəbbət ürəyin içində atəş,

Atəşdən od alıb əbədi günəş.

***

Tarix səhnəsində qoyduğu izi-



Bütün dönüşlərdə o xalqın özü.

***


Yaltaqlıq adamı qatil eyləyir,

İnsanlıq adını batil eyləyir.

***
Özgənin cibinə dikmə gözünü,

Çıxarda bilməsən cibdən özünü.

***

Heç zaman könlünü eyləmə əsir,



Bir kimsə olmayıb əsirə əsir.

***


Gül kol-kos içində bitsə zar edər,

Çəkdiyi fəryada özü ar edər.

***

Bir kimsə düşməsin şərə, böhtana,



Allah cəza vermiir hələ şeytana.

***


Bəşər yuvasına isti tən dedi,

Onu bəsləyənə can Vətən dedi.

***

Dünya fırlandıqca zaman ötüşür,



Hər insan bəxtinə bir ömür düşür.

***


Nəciblik hər kəsə qismət olmayır,

Hər baş yiyəsində ismət olmayır.

***

Qənaətsevənə ruzi sel olar,



İsrafagedənə dönüb yel olar.

***


Hər kəsin könlündə bir sevdası var,

Sevdadan ruhuna can qidası var.

***

Dünyanın sirini açan olmadı,



Verdiyi fərmandan qaçan olmadı.

***


Selin hönkürtüsü dəryaya toydu,

Dəryanın başına tacı-taxt qoydu.

***

Dilin ağrısından baş ziyan çəkər,



Ziyana salmağı eyləyər şakər.

***


Məzlumun göz yaşı zalıma nəş’ə-

Göl olsa, kənarın zənn edər guşə.

***

Yaradan hər başa vermədi ağıl,



Ağıldan gələni saydılar nağıl.

***


Bəndə öləcəyin hər gün etsə yad,

Olmaz bəni-bəşər bir-birinə yad.

***

Öylə bir baş yoxdur etməsin xəta,



Bəs bunu kim edib bəndəyə əta?

***


Dağlar əyiləndə düzü incidər,

Ocaq döyüləndə közü incidər.

***

Cahanı isidər göyün günəşi,



Başa qida olmaz qəlbin atəşi.

***


Səhəri düzə aç, günü düz yaşa-

Yoxsa, ömür oxun dəyəcək daşa.

***

Gözün gördüyünə ürək amadə,



Ağıldan ürəyə gəlsə də hədə.

***


Haramdan qaçanın günü qaradır,

Bəs haram yeyənə dünya haradır?…

*** 28.10.2006

Hər hikmət içində min ağrı yaşar,

Hikmət açıldıqca qaynayıb daşar.

***


Dünyaya əbədi olanlar mail,

Bu iştah içində olacaq zail.

***

Vətən ululardan qalan xəzinə,



Qoruya bilməyən vurar dizinə. 1

***


Göyün göy dərdi var, yerin yer dərdi,

Bəs bu dərd içində nə çəkir mərdi?

***

Hər kəsin başından ağlı boylanır,



Dərinə enəndə ahdan vaylanır.

***


Dərindən qoxutma özünü heç vaxt,

Dayazda burulğan qurur tacı-taxt.

***

Hər kəsin sevdası ülfətə düşür,



Ülfəti yar edən afətə düşür.

***


Dağı dağ eyləyən olsa da dərə,

Dağ təki tutulmub adı bir kərə.

***

Sevdası olmayan könlüsazların,



Sevda nə çarəsi ağlıqazların?

***


Düşüncə sahibi olsan bir qədər,

Addığın hər addım haqqını ödər.

***

Ürək edəcəksə ağlına fərman.



Taleydən gileyli olma heç zaman,

***


Allahı içində aramasan bəs,

Şeytana alüdə olacaq nəfəs.

***

***


Dünyanı danlayıb tənə edənlər,

Dünya özü əkib, özü də dənlər.

***

Bir gün ac olanın - tox məqamı var,



Bir gün var olanın - yox məqamı var.

*** 29. 10. 2006

Həyat – yaşamağın dirilik kamı,

Yandıqca tükənir bu ömür şamı.

***

Sevgi – İlahidən doğan bir Günəş,



Ölüncə ürəyi yandıran atəş.

***


Həqiqi məhəbbət heç vaxt solmayır,

Əfsus, hər ürəyə o heç dolmayır.

***

Başdan ağıl qopur, ürəkdən ağrı,



Bilmirsən hansıdı yandıran bağrı?

***


Zamanın acısı gözdə yaş olur,

Yanan ürək olur, yaman baş olur.

***

Nədir nalə çəkir bu can içində?



Ürəyi ağladan hicran içində.

***


Səadət hər kəsin öz əlindədir,

İşində, gücündə, əməlindədir.

***

Anların fəryadı diləkdən keçir,



Diləyin ağrısı ürəkdən keçir.

***


Həyat zaman ilə verib baş-başa,

Hər insan ömürü ona tamaşa.

***

Nə yerdə, nə göydə deyildir Allah,



O insan içindən edir min bir ah.

***


Hər gün əl açanda dərgaha ahla,

Qayıdır özünə ahın günahla.

***

Ürək candan həzar edər,



Can ürəyi məzar edər.

***


Dünyaya vurulma həddən ziyadə,

Ömür, Rəbb əlində bir içim badə.

*** 31.10.2006



Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin