Кяримбяйли ширин ханым



Yüklə 8,79 Mb.
səhifə30/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   26   27   28   29   30   31   32   33   ...   92

DİLƏKLƏRİM HAVADA

Diləklərim havada,

Dilim haqqa duvada.

Atəşə köz olmuşam,

Çeşməyə göz olmuşam,

Sevdalanıb uçuram,

Mən özümdən qaçıram.

Duyğumu bahar etdim,

Nəş’əmlə nahar etdim.

Hər sözümdə bilməcə,

Həm gündüz, həm də gecə,

İlhamıma yar oldm,

Hicranıma zar oldum.

Eşqindən cana gəldim,

Arıtək şana gəldim.

Hər çiçəkdən bal çəkdim,

Hər cür qeylü-qal çəkdim.

Özümü yanladılar,

Sözümü danladılar.

Közümü anladılar,

Biri can dedi mənə,

Mini yan dedi mənə.

Odu su bildim içdim,

Neçə atəşdən keçdim?

Qəmi gün ilə biçdim,

Yandım hər səhər-axşam,

Mənə tən gəlmədi şam.

Gah dağtək dumanladım,

Ahladım, amanladım.

Söz məndən yan keçmədi,

Təbimdən can keçmədi.

Birgə sevdalandılar,

Elə birgə yandılar.

Atəşləri qor oldu,

Bu ömrümə zor oldu.

Bu məhəbbət bitmədi,

Ürəyimdən getmədi.

10. 02. 2006



VAXT UÇUR YELTƏK

Vaxt uçur yeltək,

Çaylarda seltək.

Ömrə baxmayır,

Anı yaxmayır.

İl-ili qovur,

Hey satır, sovur.

Sözdən boylanır,

Közdən boylanır.

Başa haylanır.

Hesabı yoxdu,

Həmişə toxdu.

Ömrü qaldadır,

Sanki bal dadır.

Gəlir dad ilə,

Min fəryad ilə.

Ağlı tovlayır,

Qəlb alovlayır.

Günü ovlayır,

Həm səadəti,

Həm qəm adəti.

Vaxt uçur elə,

Dən salır telə.

Ömrü qocaldır,

Özün ucaldır.

Sanki hörmürçək,

Hər toru çiçək.

Hər vaxtın dadı.

Hər ömrün adı.

10. 02. 2006



DÜZ DÜZDƏ QALAR

O adam batdı

Dil haqqı daddı,

Canına yaddı.

Həyatı solar,

Düz düzdə qalar.


Haqdan qaçanlar,

Zirvə açanlar,

Göylə uçanlar,

Dünyanı alar,

Düz düzdə qalar.
Hər göz tərəzi,

Şöhrət mərəzi,

Zirvə qərəzi,

Dil var bal yalar,

Düz düzdə qalar.
Ömür bir yuxu,

Bir güllük qoxu,

Taleyin oxu,

Ürəyi çalar,

Düz düzdə qalar.
Düşmə təlaşa,

Həyat tamaşa,

Güc vermə başa,

Ağıldan olar,

Düz düzdə qalar.
Yanma boş yerə,

Hər dağa dərə,

Anla bir kərə,

Canı dərd salar,

Düz düzdə qalar.

Dünyanın içi,

Can biçhabiçi,

Şadiman nəçi,

Rəbsiz qəlb dola?

Könlə od ola?

Böylə məsəl var,

Düz düzdə qalar.

10. 02. 2006

AY DİLİMİN LAYLASI

Ay dilimin laylası,

Olma könüldən ası.

Sən canımın havası,

İsti beşiyim, ana,

Evim-eşiyim, ana.


Dodaqların bal dadır,

Ürək sənsiz qaldadır,

Bilsən can nə haldadır?

Əhdimə peyman, ana,

Dərdimə dərman, ana.
Qürbət məni aldatdı,

Dilimdə haray batdı,

Səsim aləmə çatdı,

Sənə yetmədi, ana,

Hicran bitmədi, ana.
Gəlirəm üzəm yolu,

Yolun uzundu qolu,

Ortada hicran kolu,

Kolu biçərəm, ana,

Biçib keçərəm, ana.
Eşqin haqqın siridi,

Xəyalların diridi,

Nəfəsin can dürüdü,

Ürəkdə közüm, ana,

Ey görən gözüm, ana.
Varlığın ünvanımdı,

Həsrətin divanımdı,

Sənə bağlı canımdı,

Canıma ürək, ana,

Dünyama mələk, ana.
Şadimanı yaratdın,

Yaradıb oda atdın,

Sinəsinə təb çatdın,

Təbim-təvanım, ana,

Eşqi-rəvanım, ana.

10. 02. 2006



UZUN YOLUN YOLÇUSU ADAM…

Uzun yolun yolçusu adam…

Başının üstə göy adlı ağır dam,

Ürəyində başa çatmamış neçə kam?

Zaman möhnətdə içintək,

Tumara yatmayan göyərçintək,

Günün saatların uçurdursan,

Ömrü əldən qaçırdırsan.

Uzun yolun yolçusu adam,

Ömür kirin-kirin yanan şam,

Dinclik tapmadın nə gündüz, nə axşam,

Arzudan arzu doğdu.

Bə’zən içini həsrət boğdu,

Bə’zən də diləklər,

Səni oynatdı və ağlatdı fələklər.

Yerdə, göydə tapmadın özünü,

Səpdin ömrünə ürək közünü.

Bildiyintək,

Bir gün fələk aparar səni gəldiyintək.

Axı, öz istəyinlə düşmədin bu dünyaya,

Tuş oldu bəxtin, gah toya,

Gah da vaya.

Qismətinə həm güldün,

Həm də payıztək saralıb töküldün.

Yaxından, uzaqdan iraq,

Tutdun Yaradana çıraq.

Ümidlərin qaynadı,

İstəklərin oynadı.

Sevdalı mələklər kimi,

Dünyaya gəlmək başına sərkimi?

Uzun yolun yolçusu adam,

Demə ki, suya düşmüş odam,

Odu suda da yandırarlar,

Səni var ikən usandırarlar.

Həyat özü hicran,

Əlində asi can.

Hiylədən uzaq ol,

Fitvalara sazaq ol.

Yoxsa titrəyər yer,

Haqqa qulaq ver.

Uçar tökülər göy dam,

Uzun yolun yolçusu adam.

11-12. 02. 2006

ÇIRPINDI BƏDƏNDƏ GÖYƏRÇİNTƏK CAN

Könlümdə qaynadı şirin duyğular,

Duyğular içindən min bir qayğılar,

Vətənə, dünyaya, eşqə sayğılar,

Aldı ürəyimi apardı hər an,

Çırpındı bədəndə göyərçintək can.


Ağlım qərar tutub dincəlmədi heç,

Rahat məkanıma bir gəlmədi heç,

Düşüncə içində necə keçhakeç,

Qapısın göylərə açdı bu ünvan,

Çırpındı bədəndə göyərçintək can.
Sevdalı ömrümə günlər yetmədi,

Narahat könlümdə hicran bitmədi,

Nə havalı eşqim başdan getmədi,

Nə də fırtınadan yan keçmədi qan,

Çırpındı bədəndə göyərçintək can.
Ürəyim alıışıb yandı od kimi,

Qopdu yuvasından qəlbə yad kimi,

Sinəmdə iz qoydu ah, fəryad kimi,

Qəminə diz çökdü pəjmürdə hər yan,

Çırpındı bədəndə göyərçintək can.
Gecəmə səhərim peymanə gəldi,

Hıçqıran könlümə dərmanə gəldi,

Yenə zalım fələk fərmanə gəldi,

Bütün duyğularım oldu yarımcan,

Çırpındı bədəndə göyərçintək can.
Şadiman diləklər içində coşdu,

Hər ağrı ürəyə bir kotan qoşdu,

Demə, şırım açdı, açdığı boşdu,

Oldu hər cığırı, hər izi şan-şan,

Çırpındı bədəndə göyərçintək can.

9. 03. 2006




Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin