Кяримбяйли ширин ханым


AY İLƏ DOLANDI, İL DƏ ZAMANA



Yüklə 8,79 Mb.
səhifə52/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   48   49   50   51   52   53   54   55   ...   92

AY İLƏ DOLANDI, İL DƏ ZAMANA

Ay ilə dolandı il də zamana,

Saatlar su təki nə axdı keçdi?

Könlümüz büründü aha, amana,

Göyündə şimşəklər nə çaxdı keçdi?
Sübhümüz açıldı səda içində,

Gecə köçün sürdü vida içində,

Kim nəş’ə, kimi də qada içində,

Ağrılar ürəyi nə yaxdı keçdi?


Kürəmiz büdrədi dağlar oynadı,

Yerdə bulaq çıxdı gözü qaynadı,

Öz əksin görənə dünya aynadı,

Gələn bu aynadan nə baxdı keçdi?


İllər öz telini vaxtla daradı,

Haqqı dərk edənin günü qaradı,

Axrı çatan bildi dünya haradı?…

Təni Rəbb məzara nə çaxdı keçdi?


Bəlkə bu yer üzü insana qəfəs?

Bəşərə sınaqçın Rəbb verdi nəfəs,

Haqqın dərgahından gəlmədi bir səs…

Bəs şüuru hər başa nə taxdı keçdi?…


Ay ildən bac aldı, il də zamandan,

Dünya qurtulmadı savaşdan, qandan,

Bədən qurtarandan bir quru candan,

Hər kəsin ulduzu nə axdı keçdi?


Şadiman, günlərin qopdu ömürdən,

Çörək hasil olur undan, xəmirdən,

Kainat heç zaman çıxmaz əmirdən,

Rəbb nəyi boşuna buraxdı keçdi?

11. X. 2004
SƏADƏTLƏ OYNAYIRAM
Səadətlə oynayıram,

Səadətim ay dolanır.

Yenə coşub qaynayıram,

Dilimdə ah-vay dolanır.


Dağ dumanın yellər qovub,

Sınığlığın dillər qovub,

Ömrü şirin dillər qovub,

Zamanında say dolanıb.


Qismətimiz budu, getdi,

Onla dedi-qudu getdi,

Həsrət gözü yudu, getdi,

Bəbəyimdə çay dolanır.


Ötən günə əlim çatmaz,

Gözdən axan selim çatmaz,

Ha haylasam dilim çatmaz?

Dodağımda hay dolanır.


Şadiman, ah həyatında,

Nə çapırsan qəm atında?

Zaman ötüb saatında,

Ömürdə hay-hay dolanır…

6. 09. 2004

CANDAN ÇIXMIR AĞRI-ACI

Candan çıxmır ağrı-acı,

Qəlb içinə od qalayır.

Başdan düşür ömür tacı,

Üstündə də qurd ulayır.

Ölçü, çəki baxışladı,

Vicdan onu naxışladı,

Vaxt saatı baxışladı,

Saniyələr an talayır.
Duran zaman qırtdı deyən,

Telini ah qırtdı deyən,

Fələk qarnın yırtdı deyən,

Axan qanın gün yalayır.


Tale başa yaman döyür,

Döyərkən də haqqın öyür,

Sonra durub özün söyür,

Şeytan quyruq nə bulayır?

Şadimana can əyildi,

Əvvəl belə heç deyildi,

Pislik şərə bir meyildi,

Qazanını xar bulayır.

6. 09. 2004

MƏN SƏNƏ NEYLƏDİM?

Mən sənə neylədim, neylədim, fələk?

Uçurtdun könlümü, yuva tapmadım.

Qəlbin naləsindən boğuldu dilək,


Onu diriltməyə hava tapmadım.
Ürəyim hıçqırtdı hamıdan gizli,

Zaman at oynatdı, dünya minüzlü,

Ömrün dolayları nə tikan izli?

Dili ovutmağa duva tapmadım.


Gah yerdən asıldım, gah da ki, göydən,

İçib, dərd qədəhin kefləndim meydən,

Yoruldum, usandım, düşdüm lap heydən,

Ağlayan könlümə dəva tapmadım.


Gözdə çeşmələndi kədərin ahı,

Bəbəklər qəsd ilə açdı sabahı,

Canım imdad deyib gəzdi Allahı…

Haqqa yetişməyə nəva tapmadım.


Ömür bir ağacmış, İlahi, nə sir?

Töküldü ağacdan yarpaqlar bir-bir,

Bu uçan günlərim fələklə əlbir,

Bəs niyə özümdə rəva tapmadım? !

16. 07.2004 / Pirallahı

RUHUMA NECƏ CAN, GECƏ

Ah, gecə, ruhuma necə can, gecə?

Sükutun önündə əsir an, gecə,

Lallığa qapılma, danış, can gecə,

Ulduzlar alışır qoynunda necə?

Mənim istəklərim könlümdə əsir,

Ürəyim səninlə mehrə tələsir…
Ey bəşər xofunu yatıran mələk,

Hər ağrı-acını batıran mələk.

Hissimin başına sığal çək elə,

Versin kədərimin cilovun yelə,

Həyat atəşimi sinəmdə yandır,

Zamanın atını bir an dayandır.

Vaxtın yüyənini əlimə alım,

Uçuşan anları yerinə salım.

Ah gecə, ruhuma necə can gecə?

Ələnən şehini içə can gecə.

Qıyma kədərimin ahı ucalsın,

Könlümə, qəlbimə qələbə çalsın.


Sükutun önündə dincəlir ürək,

Qapılır ağrıya incəlir ürək.

Ovut, atəşinlə onun ruhunu,

Qoparım sinədən kədər ahını.

Ah gecə, ruhuma necə can gecə?…

16. 07. 2004 / Pirallahı



İNSAN ÖZÜN İTİRİB GÜNAHLARIN İÇİNDƏ

Döyərkən acı rüzgar hər gün qapı-bacanı,

Fələk alıb aparır ömürdən can qucanı,

İblislər tənzimləyir şər-şeytana acanı,

Heç kəs görə bilməyir haqq deyilən ucanı,

Nə qədər intizar var sabahların içində?…

İnsan özün itirib günahların içində.
Dodaqdan qopan nalə göylərə pərçim olub,

Həqiqəti dərk edən hər ürək əlçim olub,

Rəb əlində ömrümüz sutək bir içim olub,

Dilim param-parçadır eyvahların içində!

İnsan özün itirib günahların içində.
Göz yaşından yuğrulub yerin torpağı, daşı,

Ağıl dərinə gedir, silkələyir qəm başı,

Çaş-baş olan şüurlar qaçan zamana naşı,

Hönkürür içimizdən haqqa könül sirdaşı,

Çoxu canın axtarır bu ahların içində,

İnsan özün itirib günahların içində.


Zülmə mübtəla bəşər yerdən göyə dil açır,

Ağıl haqqa sığınır Yaradana əl açır,

Şüurun gülüstanda fitnə-fəsad gül açır,

Xəyallar itib gözdən əngin üfüqə qaçır,

Gün əyilir zamana gah-gahların içində,

İnsan özün itirib günahların içində.


Nə müddətdi ah deyib aha qapı açıram?

Ağlıma ismarlanıb ürəyimdən qaçıram,

Ulduz təki parlayıb, günəş təki uçuram,

Hər zəkaya yol tapıb göylərində uçuram,

Nə qədər sitəm yatır agahların içində?

İnsan özün itirib günahların içində.


Canım bədəndən çıxıb səmalarda təklənir,

Ruhum, hissim, varlığım Yaradana köklənir,

Necə ki, diləklərim həqiqətə görklənir?

İstəyim nə puç olur, zamanım hərklənir?

Qəfil bir kədər yatır pənahların içində,

İnsan özün itirib günahların içində.


Ey Şadiman, nə çaşqın boylanırsan dünyaya?

Doğulanan getmisən necə dərin röyaya?

Ömrə alüdə olub aldanmısan riyaya,

Vermə badə canını gələn – gedir xülyaya…

Ağılını tora salma hərgahların içində,

İnsan özün itirib günahların içində.

17. X1.2004



Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin