Кяримбяйли ширин ханым


MƏN ÖZ ÜRƏYİMİN QULUYAM, ALLAH



Yüklə 8,79 Mb.
səhifə55/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   51   52   53   54   55   56   57   58   ...   92

MƏN ÖZ ÜRƏYİMİN QULUYAM, ALLAH

Mən öz ürəyimin quluyam, Allah,

Ağıldan ürəyə yolum bağlanıb.

Qaçmaq istəmişəm olubdu agah,

Ayağım tutulub, qolum bağlanıb.
Olmuşam əzəldən sevdasına yar,

Sevdası içində hicran çağlayır.

Ağrısı ağlımı, hissimi oyar,

Ötən xatiratı can varağlayır.

Mən öz ürəyimin oldum köləsi,

Kölənin azadə günü olmayır.

Titrəyir bağrımın həzin naləsi,

Sədası sinəyə düşüb solmayır.

1. 01. 2005

GAH SEVİNCDƏ, GAH KƏDƏRDƏ

Gah sevincdə, gah kədərdə,

Gün saçını yoldu getdi.

Dözə-dözə hər bir dərdə,

Vaxt buludtək doldu getdi.
Əzabına son olmadı,

An üşüdü don olmadı,

Nəş’əm artıb on olmadı,

Qəm əlində soldu getdi.


Dilimdən xoş sözüm düşdü,

Ürəyimdən közüm düşdü,

Bilməm, Allah, bu nə işdi-

Ağrım candan oldu getdi?


Sevdalanıb kama düşdüm,

Kəsirlənib tama düşdüm,

Nə qaranlıq dama düşdüm?

Ömür daşlı yoldu getdi.


Hər ürəyi qəm üşütməz,

Hər gözləri nəm üşütməz,

Ah alışsa dəm üşütməz,

Ağrılarla doldu getdi.


Ey Şadiman, can tamaşa,

Həyat oxun dəydi daşa,

Hacət yoxdu heç təlaşa,

Fələk hamın buldu getdi…

1. 01. 2005

CİLVƏLƏNSİN HƏYAT QUŞU

Cilvələnsin həyat quşu,

Uçsun bəmdən zilə, eyvah,

Alsın ələ ağlı-huşu,

Düşsün eşqi dilə, eyvah.
Ürəklərdə qalmasın kam,

Kədərəmiz ola nakam,

Şadlıq haqdan cana ehkam,

Alsın könlü ələ, eyvah.

İbadətdə həyat yaşar,

Xəyanətdə pislik coşar,

Şər xeyirlə qoşalaşar,

Zülüm dönər gölə, eyvah.


Həyat quşu hər başda var,

Hər torpaqda, hər daşda var,

Həyat eşqi hər yaşda var…

Mehman olsun elə, eyvah.


Bir-birini az darıdaq,

Sünbülü dən-dən arıdaq,

Gözdə yaşı gəl qurudaq!

Döndərməyək selə, eyvah.


Eyləməyək könlü ahar,

Sevdalansın hər şam-nahar,

Qışdan sonra gəlsin bahar,

Çiçək yağsın çölə, eyvah.


Odu sönsün iblislərin,

At oynadan naqislərin,

Başdan coşan pis hisslərin…

Şər yiyəsi ölə, eyvah!


Dünya tapsın daha nicat,

Heç qalmasın qəmə hacət,

Ey Şadiman, təbi ucalt,

Səda düşsün telə, eyvah.

2. 01.2005

BİR DƏNİZƏM HİDDƏTİM YOX…

Bir dənizəm hiddətim yox…

Tufan atır göyə məni.

Dalğaların qudrəti çox,

Az qalır ki, döyə məni.
Pıçıldayır ağ ləpələr,

Ürəyimə qəm səpələr,

Sularında var təpələr,

Küləklərlə öyə məni.


Hər dalğamda bir hicran var,

Sinəsində neçə can var,

Qəlbdə min cür həyacan var,

Heç saymayır yiyə məni.


Gah ah gəlir, gah intizar,

Qurtarmayır candan azar,

Qəm eyləyib könlü bazar,

Şəkər sanıb – yiyə məni.


Bir buludam göy yanında,

Şimşəyi çox, od anında,

Döyəcləyir zindanında,

Dəmir təki əyə məni.


Bardaş qurub oturub qəm,

Əsir olub əlində dəm,

Eyləməyir fitvanı kəm,

Hər kəsə şər deyə məni.


Öldüm, Allah, gələnim yox,

Bir halımı bilənim yox,

Üzümə xoş gülənim yox,

Dərdlərimi bölənim yox…


Gün fırladır səyə məni.
Ömür düşdü bir röyaya,

Gah nəş’əyə, gah da vaya,

Bilməm, Tanrım bu dünyaya,

Gətiribdi niyə məni?1…

2. 01. 2005

SƏMALARDA BİR HİKMƏT VAR

Səmalarda bir hikmət var,

Fələkləri qoruyağın.

Təbiətdə əzəmət var,

Mələkləri qoruyağın.
Buludları qovub tutan,

Aləmlərdə eşqlə yatan,

Hirsi göyə, yerə çatan,

Küləkləri qoruyağın.


Xeyrə açaq gülsün ağlı,

Qapımızı qoyar bağlı,

Göy sutunu yerə bağlı,

Dirəkləri qoruyağın.


Dünyamıızı əzizləyək,

Onu şərdən təmizləyək,

Yaxşılığı dənizləyək,

Diləkləri qoruyağın.


Ey Şadiman, can qudrətdi,

Düzlük haqqa ibadətdi,

Yaşamaq da səadətdi,

Ürəkdə qəm bir adətdi…

Ürəkləri qoruyağın.

2. 01. 2005



KÜLƏKSİZ DƏNİZDƏN QORXUR GƏMİLƏR

Küləksiz dənizdən qorxur gəmilər,

Hər sükut içində bir vahimə var.

Dəryaya həyattək baxır gəmilər,

O qırçın ləpələr köksünü ovar.

Yatmış dalğaların mürgüsü azdır,

Mürgülər içindən tufanlar çıxır.

Coşanda gəmilər elə bəyazdır,

Külək qızışanda aləmi yıxır.
Qasırğa qopanda dəniz qaynayır,

Bayaqkı lallıqdan bir əsər qalmır.

Dalğalar rəqs edir, sular oynayır,

Tufan sükunəti eyninə almır.


Küləksiz dənizdən qorxur gəmilər,

Tufanlar sükutdan doğur hər zaman.

Döşünə bayraqlar taxır gəmilər,

Dəryadan bulunmaz uğur hər zaman.


Suların üstündə gəzir astaca,

Ləpələr üzündə keçir həyatı.

Dalğadan diləyir üzür astaca,

Çapır dənizlərdə o tale atı.


Tükənməz sevgisi, eşqi sulardır,

Sularda yaşadır ömürlərini.

Gəmilər sürənin məşqi sulardır,

Sürənlər verərlər əmirlərini.


Küləksiz dənizdən qorxur gəmilər,

Dəniz lal olanda sahilə qaçır.

Ömrünün yazısın oxur gəmilər,

Təkliyə düşəndə bəxtinə acır.


Gecəni gündüzə qatar beləcə,

Dəryadan dəryaya ötüb keçərlər.

Qəmli qismətinə yatar beləcə,

Uzun mənzillərə yetib keçərlər.


Küləksiz dənizdən qorxur gəmilər,

Küləyi könlündə əsir edərlər.

Yaşıl mamırları toxur gəmilər,

Onları əyninə qəsir edərlər.


Üzər dəryaların əginliyində,

Qitədən qitəyə qonaq olarlar.

Ömrün sular üstə gərginliyində,

Bütün dənizlərə sınaq olarlar.


Mayağın işığı gözünə çıraq,

Səhər dumanından çırtlayıb çıxar.

Gecə qaranlığı zirehli yaraq,

Üzərək zülmətdən pırtlayıb çıxar.


Küləksiz dənizdən qorxur gəmilər,

Küləksiz dənizdə fırtına olur.

Aləmi heyrətdə yaxır gəmilər,

Bu heyrət içində gözləri dolur…

3. 01. 2005


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin