Кяримбяйли ширин ханым



Yüklə 8,79 Mb.
səhifə59/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   55   56   57   58   59   60   61   62   ...   92

DÜNYAMIZ NAĞIL OLAR

Bu simasız adamlardan, ya İlahi, usandım,

Bu çək-çevir bazarında ağrıları haqq sandım.
Beyinimin fəryadları ürəyimdə alışdı,

Yandı könlüm kül içində əzablara qarışdı.

Bu simasız adamların baxışları zəhərdi,

Yasa batmış aləmlərə bu baxışlar qəhərdi !


Yerdə, göydə qan izi var, hiylə başa çıraqdı,

Bu simasız adamlar da şeytanlardan soraqdır.


Şeytanları adamlardan ayıran ağıl olar,

Bu ağılın zirvəsində dünyamız nağıl olar!

12. 01. 2007

HAQQIMA YOL AÇIRAM

Ürəyim çox ah çəkir,

Ahını sabah çəkir,

Sabahı günah çəkir,

Günahlardan qaçıram,

Haqqıma yol açıram.


Ömrümüz işıq yolu,

İşıq zülmətlə dolu,

Bu bağlı əli-qolu,

Zəncirlərdən açıram,

Haqqıma yol açıram.
Zülümü başa salan,

Ömrünü qışa salan

Gözünü yaşa salan,

Yerdə-göydə uçuram,

Haqqıma yol açıram.
Dikəlib ərşə aman,

Gedib əldən din-iman,

Az qalıb Axırzaman,

Ömrümdən axır zaman,

Öz-özümə acıram,

Haqqıma yol açıram.


Göz axıdan gürşadı,

Ürəyimin fəryadı,

Günəşdi - könlün adı,

Ətrafa nur saçıram,

Haqqıma yol açıram.
Allah, vaya bax, vaya,

Əridir dağ, daş, qaya,

Bilmirəm ey Xudaya?

Canı hara qaçıram?

Haqqıma yol açıram.
Şadiman, etmə vida,

İlhamım ruha qida,

Qoparır min bir nida,

Qələm-kağız açıram,

Təbə ağız açıram,

Haqqıma yol açıram.

13.01.2007

ÜRƏYİMDƏ HAL QALMADI


(Həyat yoldaşım Abdulov Əli Əli oğluna)
Könlüm dolu arı şanı,

Pətəyində bal qalmadı.

Dərdlə bəlli hər nişanı,

Ürəyimdə hal qalmadı.


Çox zillətə göz bağladı,

Təbim coşdu söz bağladı,

Oda düşdü köz bağladı,

Ürəyimdə hal qalmadı.


Əzizlədim varaqları,

Cana düşdü soraqları,

Yandı ömrün çıraqları,

Ürəyimdə hal qalmadı.


Dildə dastan oldu sözüm,

Heç gülmədi bir an üzüm,

Yaş axıtdı elə gözüm,

Ürəyimdə hal qalmadı.


Köz bağladı yarasına,

Bükdüm qəmin arasına,

Hey deyindim qarasına,

Ürəyimdə hal qalmadı.


Ey Şadiman, sitəm budu,

Segah üstə könül udu,

Ocağından keçmir odu,

Ürəyimdə hal qalmadı.

14.01.2007

EŞQİDƏN HƏR DUYĞU

MİN CANƏ GƏLİR

ODA SƏCDƏ EDƏN BİR PƏRVANƏTƏK

Oda səcdə edən bir pərvanətək,

Düşüb ocağına qovrulacağam.

Həsrət karvanına tuş divanətək,

Hicran tufanından sovrulacağam.
Cismimi əzrayıl versə yellərə,

Eşqim kəfən olsa sənsiz illərə,

Qapımı bağlamış bu niskillərə,

Alınmaz qalatək dayanacağam.


Bu hicran bağrımı çəksə də şişə,

Eşqimin bağını döysə əndişə,

Vüsalın könlümdə ən gözəl guşə,

Hər an bu atəşlə yuğurulacağam.


Ötəri ümidlər güldürsə məni,

Aləmə Leylitək bildirsə məni,

Amansız ayrılıq öldürsə məni,

Ay təki gecədə doğulacağam.


Zaman niskilləri döysə başıma,

Bürünsə səyyarə bu göz yaşıma,

Fələk neçə sərhəd çəksə qarşıma?

Dəli həsrətinlə boğulacağam.


Ucuz tutanlara eşq oyuncaqdı,
Sənə sevgilərim qucaq-qucaqdı,

Könül atəşinlə yanan ocaqdı,

Üfürsən dünyaya dağılacağam.
Şadiman, gecəndə dönər ulduza,

Gecəli-gündüzlü könlü yalqıza,

Eşqini şeirlə salıb ağıza…

Nəğməylə, şərqiylə yayılacağam.

6. 08.1994

SƏNƏ PAK SEVDALAR, MƏNƏ YAZIQLAR

Sənə pak sevdalar, mənə yazıqlar,

Dolaş bu dünyanı, sən mənsiz dolaş.

Sənə haqq dualar, mənə sazaqlar,

Yeni sevgilərə, eşqlərə ulaş.
Gəl həsrət milini çəkmə gözümə,

Onsuz qor olmuşam bu diləklərə.

Qara geydirmisən al gündüzümə,

Ərşə bülənd olub ahım min kərə.


Müddətdi bəbəyi göz yaşım dərib,

Əkdiyim sevincdi, dərdiyim qəmdi,

Dünyanın bir qürbət quşuyam qərib,

Qanadımı gərən sirli alləmdi.


Şadiman zamanın odu, atəşi,

Alışıb yanacaq köksümdə dünya.

Səni itirdiyim sevgimin nə’şi,

O sənli günlərim bir dadlı röya.

7-8. 02.1994

SƏNİ SEVƏ-SEVƏ ÖLƏCƏM AXIR

Elə ovsununa düşüb qalmışam,

Dərdin sarayını satın almışam,

Daha xəyalına mehr salmışam,

Səni sevə-sevə öləcəm axır.
Ürəkdən o yana yoxdu ırız, yol,

Könlüm bu sevdaya niyə olub qul?

Arasan eşqimi hicranında bul,

Gözümün yaşları bağrıma axır,

Səni sevə-sevə öləcəm axır.
Eşqin, məhəbbətim dilimdə andım,

Gecə də, gündüz də mən səni andım,

Bilmirəm, bəs niyə oduna yandım?

Sinəmdə həsrətin şimşəyi çaxır,

Səni sevə-sevə öləcəm axır.
Sən sevda şamısan, mənsə pərvanə,

Başına döndükcə oldum divanə,

Könlün necə dözür de bu divanə?

Hicranın qəlbimi yandırıb-yaxır,

Səni sevə-sevə öləcəm axır.
Bu dəli istəyə könlüm sarışır,

Ürəyim vay salır, ağlım qarışır,

Ayrılıq sinəmin yarasın qaşır,

Ağlın bu sevdaya de necə baxır?

Səni sevə-sevə öləcəm axır.
Qəmin Şadimana çəkdirir cəfa,

Məhəbbət yoxdursa, qəlbdə nə vəfa?

Eşqin ürəyimə bulmadı şəfa,

Gözlərim yoluna həsrətlə baxır…

Səni sevə-sevə öləcəm axır.

31. X. 2003



BU DÜNYADA YOXDU SƏNDƏN, ƏZİZİM

Bu dünyada yoxdu səndən, əzizim,

Sənsiz solar payız təki bənizim,

Əlçatmayan yoxuşlarda pak izim,

Can içində vəfadarım, gəl bəri,

Zirvələrdə bəyaz qarım, gəl barı.


Ürəyimdə diləklərim çağlayar,

Könül sənsiz için-için ağlayır,

Ayrılığın qapısını bağlayar,

Hər əzaba fədakarım, gəl bəri.

Zirvələrdə bəyaz qarım, gəl bəri.
Həsrət məni yaman çəkdi çarmıxa,

Tuş gəlibdi sinəm içi sərt oxa,

Yorulmuşam zülümlərdən, qəlb yuxa,

Qalxıb ərşə ahi-zarım, gəl bəri,

Zirvələrdə bəyaz qarım, gəl bəri.
Sənlə keçən bu zamanım gülümdü,

Ayrılıqlar hər ömürə zülümdü,

Bizə düşən həyat üzü ölümdü…

Acılardan ürək dilim-dilimdi,

Xoş anıma səbəbkarım, gəl bəri,

Zirvələrdə bəyaz qarım, gəl bəri.


Şadimanı min bir niskil bürüdü,

Fələk onu atdan saldı, sürüdü,

Qəm üstünə qoşun-qoşun yeridi,

Səadətə qələmkarım, gəl bəri,

Zirvələrdə bəyaz qarım, gəl bəri.

26.X.2003


TAPA BİLMƏZSƏN MƏNİ

Ahın ərşi dağıdar,

Ayrılığın dağı dar,

Gözlərin yaş dağıdar,

İçinə tökər çəni,

Tapa bilməzsən məni.


Xəyalın qoşun çəkər,

Üstünə qəmi tökər,

Sinəndə hicran əkər,

Əridər həsrət çəni,

Tapa bilməzsən məni.
Sevdalar başdan gələr,

Hər işin daşdan gələr,

Qəmin göz yaşdan gələr,

Güdər ayrılıq səni,

Tapa bilməzsən məni.
Dərdi dastan edərsən,

Qəmə bostan edərsən,

Cana kotan edərsən,

Ələr könlünə dəni,

Tapa bilməzsən məni.
Şadimanı can üzər,

Qəlbinə hicran düzər,

Yuxunda səni gəzər,

Ağlar sinənin məni,

Tapa bilməzsən məni.

26. X. 2003/ Pirallahı




Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin