Bir ölkə var – sakit okean sularında, adalarda,
Ömrü keçib müsibətdə, fırtınada, qadalarda,
Tarixini, keçmişini yaşatdı pak odalarda,
Döyülsə də, əyilmədi, üzülmədi yapon xalqı,
Cəsarəti dünya gəzdi, əzilmədi yapon xalqı.
Rusiya bu məmləkətə bir yelkənli gəmi qurdu,
O al günəş ölkəsinə, sanki haqdan gün doğuldu,
Min səkkiz yüz əllilərdə yaponlarçın bir uğurdu,
Əlli ildən sonra hərbi donanması qalxdı, durdu.
Güc topladı, qüdrətləndi, Rusiyanın özün vurdu,
İradəsi hesabına öndə getdi yapon xalqı,
Qartal təki zirvələrə uçdu, yetdi yapon xalqı.
Hitlerin qan savaşında qəsibkar da oldu bir vaxt.
Bir çox Asiya torpağını işğal etdi, qurdu o taxt,
Dərk eylədi işğallarla ola bilməz Vətən xoşbaxt,
Oz daxili qüvvəsiylə vara çatdı yapon xalqı,
İmperyalıq arzusunu başdan atdı yapon xalqı.
Amerika işlədəndə ona nüvə silahını,
Qan eylədi Xerosima, Naqasaki sabahını,
Əritdi saf ağlı ilə yağıların günahını,
Bükülmədi, əyilmədi, xar etmədi Allahını,
İçindəki qorxulara üsyan etdi yapon xalqı,
Kişiliyə, insanlığa ruhla yetdi yapon xalqı.
İmperyalar tapdadılar bir zamanlar ölkəsini,
Qılıncladı haqq bilməyən hökümdarlar kölgəsini,
Çalışdılar batırsınlar, qul etsinlər gur səsini,
Əyilmədi heç bir millət önündə də yapon xalqı,
Qaldı əziz məsləkində, dinində də yapon xalqı.
Yoxdu ounun nə sərvəti, nə heç nefti, nə filizi,
Ağılı ilə, idrakıyla, şüuruyla qoydu izi,
Zülmətinin başı üstə doğdu parlaq, al gündüzü,
Fəth eylədi həyatını kamalıyla yapon xalqı,
Aşdı bütün sərhədləri amalıyla yapon xalqı.
Rəbb onlardan əsirgəyib o maddi sərvətləri,
Ölkəsinin torpağını sevməkdir pak qüdrətləri,
Onlara baş verdi Allah, yıxıb aşdı qüvvətləri,
Aclıqları, əzabları puç eylədi yapon xalqı,
Bütün müdhiş qorxuları heç eylədi yapon xalqı.
Əyilmədi heç bir xalqın qarşısında müti kimi,
Atılmadı öz ovunun üstünə bir suiti kimi,
Daraşmadı başqa yurdun canına can biti kimi,
Qüdrətiylə taleyini ağ eylədi yapon xalqı,
Yağısının ürəyini dağ eylədi yapon xalqı.
Xırda-xırda cihazlarla fəth eylədi o əsri,
Tikdi idrak dünyasında ən zirvədə saf qəsiri,
Alimlərin kəşflərinin candan oldu, o, əsiri,
Sildi kasıb həyatından əbədilik kəm-kəsiri,
Ölkəsinin başı üstə Günəş oldu yapon xalqı,
Okeanın ürəyinə atəş oldu yapon xalqı!
Hazır yeyən heç bir zaman baş işlətməz bu dünyada,
Sərvətini, torpağını barat edər dosta, yada,
Yatar qalar xəyallarla ömrü boyu hey röyada,
Güclülərdən imdad istər gəlsin kara, yetsin dada,
Heç bir xalqa əyilmədi, ömrü boyu yapon xalqı,
Qorudu bu yer üzündə kökü-soyu yapon xalqı.
Sevməyir heç demək onu – kimə Allah sərvət verir ?
Bu sərvəti o ölkəyə əbədilik zillət verir,
Böyük-böyük dövlətlərinçin dünyaya qul millət verir,
Əbədilik taleyinə ölüm, qırğın, illət verir.
Tanrı verən sərvətləri dərmədi heç yapon xalqı,
Başqa xalqa qul olmağı görmədi heç yapon xalqı.
Dövlət üstə oturanın heç vaxt olmaz dinc qulağı,
Olar qoluzorluların ya tez, ya gec, o, ulağı,
Çağlasa da İlahinin verdiyi sərvət bulağı,
Qapısından, bacasından girəcəkdir azğın yağı,
Öz başıyla ölkəsinə sərvət oldu yapon xalqı,
Qul olmağı ar sayan bir millət oldu yapon xalqı.
Bu millətin dilində heç yoxdu bircə söyüşü də,
İşləməkdi, çalışmaqdı imperyalıq döyüşü də,
Vətənini ucaltmaqdı bu dünyaya yürüşü də,
Həyatına örnək edər ağlını yapon xalqı,
Ərklə yazar insanlığın nağılını yapon xalqı.
İmperator titulunu qoruyurlar məmləkətdə,
İmperyalıq eşqi ilə bulunmazlar fəlakətdə,
Millət tapıb səadətin şüuruyla hərəkətdə,
Ağıl başda olsa əgər, adam tapar bərəkət də…
Birincidi zəhmətini daşımaqda yapon xalqı,
İnsan kimi çalışmaqda, yaşamaqda yapon xalqı.
Mədəniyyət işləyibdi yaponların iliyinə,
Kamilliyi əbədilik yuva qurub biliyinə,
Qoymaz başı dəysin bir an bu cahanın çəliyinə!
Dəyə bilməz qara əllər şərəfinə, mənliyinə,
Günəş təki ölkəsində doğasıdı yapon xalqı,
Bu dünyada öz evinin ağasıdı yapon xalıq.
23. X11. 2002
AMERKA PREZDENTİ CORC BUŞ
CƏNABLARINA MƏKTUB
“Hökmdarlar bir ölkəyə gərən zaman onu
xarabazara çevirərlər”
Quran, 27-ci surə, 34-cü ayə
İraq xalqının başına bomba tökmək üçün
ABŞ prezdenti Corc Buş Səddam Hüseyinə
48 saat vaxt verib...
Cənab Buş, dünyaya məsləhət yetər,
Bir gün tökdüyün qan sinəndə bitər.
Sən ey iraq xalqın aha batıran,
Dollarla dünyanın haqqın yatıran.
Könlündə Allahın rəhmi yox imiş,
Gözündə insanlıq fəhmi yox imiş.
Şərəmi köklənib bədəndə ruhun?
Gəl ərşə qaldırma cahanın ahın.
Orda körpələrin xoş nəfəsi var,
Orda anaların fəğan səsi var!
Bəsdir bu dünyaya ağıl verdiyin,
Tarixə çox qanlı nağıl verdiyin.
Xalqları min yerə parçaladığın,
Fikri, düşüncəni haçaladığın.
Allahı, İslamı şərləmək yetər,
Artıq bu fitvalar, qırğınlar bitər.
Tək Səddam deyil ki, dünyada bəşər,
İçində fitvalar hardan yerləşər?
Neyləyibdi sənə islam adamı?
Bəsdir ürəklərdə ağlatdın kamı.
Dünyada qadasız ötüşməyirsən,
Niyə bir yol haqqa yetişməyirsən?
Atan da qırğından alırdı vüsət,
Qan tökmək ona da olmuşdu sənət.
Sən fitva verdikcə terror da artır,
Dinlər bir-birini ölümə atır.
Yaradan deyilsən can aldırasan,
Aləmi məhşərə hey saldırasan.
İçində vicdanı atdın qəfəsə,
Girdin şeytan ilə bir elə bəhsə.
Batırma İraqın harayın belə,
Uçurma insanlıq sarayın belə.
Qıyma könül açan o gülzarlığa,
Çevirmə bu yurdu sən məzarlığa.
Dağıtma evlərdə odu, ocağı,
Qanlarda üzməsin ana qucağı.
Sənin öz ölkən var, yurdun-yuvan var,
Şeytana, iblisə neçə duan var?
Amerka xalqına bəla gətirmə,
Onların özünü aha yetirmə.
Hər atdığın bomba, bir təzə terror,
Qanları çıxarır bil üzə teror.
Səndə heç adəmin həyası yoxdur,
Xəmrində bəşərin mayası yoxdur!
Dünyanı çalxatma qan dənizində,
Əbədi deyilik bu yer üzündə!
Bəşər tarixinə savaşla düşmə,
Harda sərvət gördün ora ilişmə.
Qanlı müharibə könlünə qida,
Sənə eşqmi verir bu, cəng, bu cida?
Hamımız cahanda bəşər övladı,
Qoyma qalxsın ərşə onun fəryadı.
Göydə buludlardan qan-yaş tökülür,
Dərddən bu dünyanın beli bükülür.
Bomban körpələrin düşər başına,
İblis çevrilməsin can sirdaşına.
Analar gözündə təlaşa bax bir,
Hamımız adəmik qanı, canıbir.
Nə kürdə qardaşsan, nə türkə qardaş,
İblisdən yaranıb işlətdiyin baş.
Salma bu cahanı əzaba, zora,
Günəşin istisi bişirər qora...
Bəsdir qəpik-quruş etdin xalqları,
Murdar dollarınla ötdün xalqları.
Dünyanı qırğına çəkmə amandı,
Allahın məhşəri sonda yamandı!..
Düşməsin qanlara dini-imanın,
Yel kəsər kələyin gələn dumanın.
Haqq-hesab çəkirsən əgər Səddamla,
Hünərin çatırsa tut onu damla.
Ona da hünərin çatsa bir zaman,
Yaddan yad ölkəyə yetişməz iman!...
Orda qadın, uşaq, qoca, xəstə var,
Hər tökülən qanlar sənə olmur ar.
Sən höküm etdikcə beyinlər qızır,
Bu axan qanları çiyninə yazır.
Ocağın çevirmə göyə İrağın,
Hərdən bir ölkədən gəlir sorağın.
Bəsdir plan cızıb yol göstərdiyin,
Xoşun gəlməyənə kol göstərdiyin.
Sənin silahın var, onun cihadı,
Könlünü əsdirir o İslam adı.
Cənab Buş, bir düşün bunun sabahın,
Haqqı çəkiləcək hər bir günahın.
Rəhm eylə amerka xalqına, ey şah,
Dünyada özünü sanırsan Allah.
Allah ayağına gələndə başın,
Dəryanı boğacaq acı göz yaşın.
Bəşəri qanlara çəkirsən özün,
İblis fitvasıyla yağlanıb gözün.
İçində şeytanın qapısın bağla,
Ağla, sabahının gününə ağla.
Orda axan qanlar mənim də qanım,
O xalqla bir yerdə döyünür canım.
İraqın köksünə dəyən bir bıçaq,
Mənim ürəyimdə açacaq ocaq...
Sən ey bu dünyanı xətaya salan,
Nəfəsin, həvəsin, istəyin yalan.
Gətirmə ölümü, qanı Bağdada,
Hər atdığın addım ölüm, qan-qada.
Ey ağlı, kamalı, düşünсəsı dar,
Səndən Amerkaya olmaz hökümdar!
Terrorla suçladın bütün bəşəri,
Sənsən bu dünyada yaradan şəri.
Ədalətsizlikdən doğubdu terror,
Dünyanın nəşəsin boğubdu terror.
Güclüyə çatmasa güclünün gücü,
Olur intiqamçın terror ülgücü!..
Güclüdən də güclü Allahımız var,
Allahdan asılı sabahımız var.
Odur hər bir işi yoluna qoyan,
Mənəmmənəmliyə, fitnəyə uyan,
Onun qarşısında diz çökər bir gün,
Açılar dünyanın köksündən düyün...
***
Ey müsəlman əhli, haqqını anla,
Sənin kimliyini yudular qanla.
Dünən Əfqanıstan, bu günsə İraq,
Düşdün bir-birinin qəmindən iraq.
Ərəb, türk, balkanlar, çeçen, azəri,
Niyə kənarlaşıb haqqın nəzəri
İslam ellərinə tökülən qandan?!
Niyə qılınclanır İslam hər yandan?
Müsəman tuş gəlir qanlı savaşa,
Dünyanın ürəyi dönübmü daşa?
Hamımız cahanda bəşər övladı,
Hamımıza bəlli adəmin adı.
Dinlərlə bölənlər məmləkətləri,
Artırır günbəgün fəlakətləri.
Buş bugün İraqı boğazdan asır,
Ərəb ölkələri dilini qısır.
Tökür şər Amerka qardaş qanını,
Ərəblər qoriyur şirin canını...
Artırır qisaçın şiddəti terror,
Qeyrətli qəlblərdə hiddəti terror.
Amerika suçlayır bütün dünyanı,
Özü tökə-tökə dünyada qanı...
***
Cənab Buş, nigaran yurdunu düşün,
Qan tökməyə gedən ordunu düşün.
Əgər belə çəksən cahanın dərdin,
Çəkib qurtarmazsan bu qanın dərdin.
Bax hara gedəcək sonu bu işin?
Sənin də əzilər bir gün fil dişin...
Gətirmə İraqa ölmü, qadanı,
Yad et kainatı və Yaradanı.
Gözünü tutmasın varın, sərvətin,
Gözünə kül atma sən həqiqətin.
Terrordan qurtulmaq istəyən, ey kəs,
Savaşın ayağın bu dünyadan kəs!
Axmasın cahanın gözündən yaşı,
Cənab Buş, ətəkdən gəl tök sən daşı.
Hamımız yer əhli – Kitabımız var,
Ulu Yaradana hesabmız var.
Dünyanı çevirmə bir Ərasətə,
Son qoy biabirçı bu siyasətə!
Cənab Buş, ətəkdən tökməsən daşı,
Yanar yer üzünün torpağı, daşı.
Daşdırma Allahın böyük səbrini,
Dünyanın qazıma belə qəbrini.
Sülhün carçısıdır ərəb səlamı,
Hamıya öyüddür o pak kəlamı.
İncil, Tövrat, Zənbur, Quran eşqinə,
Dünyanı yaradan, quran eşqinə,
Axıtma cahanın gözündən yaşı,
Cənab Buş, ətəkdən gəl tök sən daşı...
18.03.2003
ERMƏNİ FİTVASINI DÜYNYAYA FAŞ EYLƏMİSƏN
/ “ Ermənistan terrorçu “ Xiristian” ölkənin
gizlinləri “ kitabının müəllifi Səmyuel A. Uimz
əsli şotland – amerkalıdır. Kitabı Amerkada
çap etdirəndən bir ay sonra müəmmalı şəkildə
vəfat edib. Bu şe’ri onun ruhuna minnətdarlıq
hissiylə həsr edirəm !
Əsli şotland, dini xaç, alimi hünər oldu,
Yazdığı bu kitabla dünyaya bir ər oldu,
Həqiqət aşiqi olmaq da dərdi-sər oldu,
Bəşəri-könlü ilə necə dərbədər oldu,
Qəlbimi oda salıb, ğözümü yaş eyləmisən,
Erməni fitvasını dünyaya faş eyləmisən.
Sənin Amerikada cahi-cəlalın var idi,
Vicdanı haray çəkən əcəbcə halın var idi,
Xeyri, həqqi düşünən yaxşı kamalın var idi,
Üzünün nuru – cünəş, kişi cəmalın var idi,
Bizə şər söyləyənin başına daş eyləmisən,
Erməni fitvasını dünyaya faş eyləmisən.
Sən bizim ağrımızı çəkdin ürəkdən, eyvah,
Doğulan bu kitabın gəldi diləkdən, eyvah,
Erməni şərdi tamam, çünki bələkdən, eyvah,
Sənə rəhmət deyirəm mən ki, fələkdən, eyvah,
İki yüz illik zülümü dərdlərə baş eyləmisən,
Erməni fitvasını dünyaya faş eyləmisən.
Açdıqca səhfələri sinəmi ah-vay tutdu,
Könlümün vulkanını gör necə də hay tutdu,
Gözümün gurşadını həm bulaq, həm çay tutdu,
Qələmin Allahına yaxşı haqqı-say tutdu,
Şəri bəşərə – bəla, içini boş eyləmisən,
Erməni fitvasını dünyaya faş eyləmisən.
Həqqə çaldın qələmi, bəs ölümün gəldi niyə?
Pisə lənət oxuyan, ya Rəbbim, öldü niyə?
Dünyanı bu fələyim xeyrə-şərə böldü niyə?
Nahaq qanlar tökülür, hər tərəfdə göldü niyə?
Ərzi gəzən yalanı göz üstə qaş eyləmisən,
Erməni fitvasını dünyaya faş eyləmisən.
Qanı bizdən olanın çoxları xoş can qoruyur,
Evinin içini və birdə ki, boş şan qoruyur,
Gizləyir soy-kökünü, ömrə düşən an qoruyur,
Erməni adıyla əcnəbidə san qoruyur…
Bəşəri qeyrətini zinətə qaş eyləmisən,
Erməni fitvasını dünyaya faş eyləmisən.
Şadiman müəmmalı ölmünə hiddət eləyir,
Qələmi düzə çalan ağlına qüdrət eləyir,
Ruhuna səcdə edir, xeyrə ibadət eləyir,
Ümidin həqqi güdən Allahına qət eləyir…
Dödağımda alışan min cürə kaş eyləmisən!
Erməni fitvasını dünyaya faş eyləmisən.
Ermən fitvasını dünyaya faş eyləmisən.
19. 05. 2004
Dostları ilə paylaş: |