Кяримбяйли ширин ханым


NƏ SƏN BU SEVDADAN DÖNƏN DEYİLSƏN



Yüklə 8,79 Mb.
səhifə73/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   69   70   71   72   73   74   75   76   ...   92

NƏ SƏN BU SEVDADAN DÖNƏN DEYİLSƏN

sən bu sevdadan dönən deyilsən,

Nə səni qəlbimdən ata bilmirəm.

Nə eşq ayağına enən deyilsən,

Nə mən ayrılığa bata bilmirəm.
Hicranın könlümü yandırıb yaxır,

Canıma yağıtək uzaqdan baxır,

Könlə möhlətindən qəm seli axır,

Gecəmin qoynunda yata bilmirəm.


Həsrətin üzümə bozarıb durur,

Ürəyim köz tutub qızarıb durur,

Hicran tə’nələrin qəlbimə vurur,

Əzabın belinə çata bilmirəm.


Elə bil bədəndən ayrılıb canım,

Bağırım olubdu kədər ünvanım,

Yoxdu səndən qeyri könlə həyanım,

Özümü bəşərə qata bilmirəm.


Ya xəstə say məni, ya ağıldan kəm,

Xəyalın hər hissdən qəlbimdə ötkəm,

Çıxmaq istəmirsən könüldən bir dəm,

Nə sənə bir yolluq çata bilmirəm…

30. X11. 2004

MÖHNƏTƏ ŞƏFA EYLƏ

Canda möhnət var ikən möhnətə şəfa eylə,

Eşqimi borca sanan minnətə şəfa eylə.

Bil ki, səndən qeyri könlümü almadı ələ,

Qəlbini lə’l edən zinətə şəfa eylə.

Aləmə haqlı bələd can ilə peymanəliyim,

Araya ölçü qoyan möhlətə şəfa eylə.

Mən qərar tutmadayam həsrətə-mülkü abadan.

Ürəyi zülmə salan zillətə şəfa eylə.

Hər qəmin ahı düşür sinəyi-biyabanə,

Bu ahın bəxşeyişi illətə şəfa eylə.

Nə bəla çəkdiyimi kim bilir Rəbbdən qeyri?

Gördüyün mənzereyi-halətə şəfa eylə.

Şadiman biçarəni sormadın illərlə heç,

Ağlının seyrinə bul, qanətə şəfa eylə.

2. 03. 2004



VAXTSIZ XƏZAN DÜŞÜB GÜLÜMƏ SƏNSİZ

Nə vaxtdı saçıma sığal çəkmirsən,

Əllərim dolaşıb telimə sənsiz.

Sinəmdə bir ümid kolu əkmirsən,

Qəm qurşaq dolayıb belimə sənsiz.
Damar dilə gəlir qandan xəbərsiz,

Zamanım boylanır andan xəbərsiz,

Qonubdu könlümdən, candan xəbərsiz-

Bağrımın harayı dilimə sənsiz.


Əsir taleyimdə hicran mehləri,

Ələnir sübhümə kədər şehləri,

Ayrılıq ömrümün qəm fatehləri,

İçim divan tutur çölümə sənsiz.


Yerə, göyə bəyan günümün halı,

Gətirdin bəxtimə bu qeylü-qalı,

Yenə də üz tutub gəlir ədalı-

Hicran sonaları gölümə sənsiz.


Bü ömür yolları heç olmadı düz,

Xəlbət yasa batır, aşkar gülür üz,

Mənə əzab verir gecəbəgündüz,

Toxuna bilmirəm könlümə sənsiz.


Fələk aha salıb mən biçarani,

Haradan arayım tapıb çarəni?

Ayrılıq səd çəkib, tutub arəni,

Düşmüşəm çarəsiz zülümə sənsiz.


Qalmayıb canımda daha amanım,

Təkcə yuxulara gəlir gumanım,

Sitəmlə qapımı açır zamanım,

Bu ağrı aparır ölümə sənsiz.


Ocağım soyuyub oynayır külü,

Şadiman tarlanın yanan sünbülü,

Uçubdu könlümün şeyda bülbülü,

Vaxtsız xəzan düşüb gülümə sənsiz.

17. X11. 2003

BU SƏHƏR ATƏŞLƏR SAÇDIN

Sevgilim, bu səhər atəşlər saçdın,

Könül gülzarının bağına qaçdın,

Onun qapısını ürəklə açdın,


Apardı sevdalar qorxu-hürkümü,

Gəlişin bəzədi ömür mülkümü.


Duyğular içində alışdım, yandım,

Sənin ocağından oda boyandım,

Bu eşqin önündə əfvə dayandım,

Qovdu diləklərim ürək bürkümü,

Gəlişin bəzədi ömür mülkümü.
Ağlım get söylədi, ürəyim dayan,

Baxışın anıma, vaxtıma həyan,

Sən oldun hissimin atəşin duyan,

Çıxardıb atmısan hicran kürkümü,

Gəlişin bəzədi ömür mülkümü.
Şadiman bu eşqə iman etmədə,

Sənin zamanına peyman etmədə,

Könlümün duyğusun kaman etmədə,

Könlünün, sevdalım, könlə ərkimi?

Gəlişin bəzədi ömür mülkümü.

16. 02. 2003



EY KÖNÜL GÜNƏŞİM

Ey könül günəşim, duyğu atəşim,

Sənin ayağına səcdədi işim.

Sən olmayan yerdə görmürəm həyat,

Könlünü könlümün nəş’əsinə qat.

Qoyma həsrət doğsun can gileyimdə,

Tək səni görürəm bu taleyimdə.

Elə ki, gedirsən rüzgar sərt əsir,

Qapımı hicranın yelləri kəsir.

Saatım ağlayır ötən zamana,

Fələyin verdiyi acı fərmana.

Sənin işığında zülmətim qaçır,

Sübhüm doğulmaqçın haqqa əl açır.

Gəl yandır könlümdə ümid şamları,

Bəzəsin duyğumuz qoy axşamları.

Dildən-dilə düşsün səadətimiz,

Hicrana görk olsun eşq adətimiz.

Sənin varlıığından canım boylanır,

Könlümə duyğular yertək haylanır.

Sən mənim dünyada sevgi xətamsan,

O dəli eşqinlə aləmdə tamsan!

Mən sənin eşqindən qidalanıram,

Diləkdən-diləyə sevdalanıram.

Məhəbbət göyündə parlar günəşim,

Elə et sönməsin sevgi atəşim.

19. X11. 2003




HİCRAN YÜKÜN ÇƏKƏN QAFİL

Hicran yükün çəkən qafil,

Bu yük cana ağrı verər.

Sinəyə od tökən qafil,

Sevda qəmi doğru verər.
Eşq əzabdı, eşq zülümdü,

Tutuldun ki, bil ölümdü,

Ürək nalan, qəlb dilimdi,

Canın ahın bağrı verər.


Pünhan-pünhan baxma mənə,

Alovunu yaxma mənə,

Şimşək təki çaxma mənə,

Hər xətanı oğru verir…


Tale zövqlə əkər qəmi,

Çuvallara tökər qəmi,

Tərəzidə çəkər qəmi-

Yüngülü yox, ağrı verər.


Şadimana ülfət eylə,

Bu sevdanı afət eylə,

Ya sev, ya da nifrət eylə,

Düzlük həyat uğru verər.

18. 01. 2004

MƏN ƏSİR OLMUŞAM BAXIŞLARINA

Mən əsir olmuşam baxışlarına,

Köləyə, əsirə zülüm nə lazım?

Ocağım çatılıb sərt qışlarına,

Sozalıb atəşim, külüm nə lazım?
Bilmirəm qəlbinin nədir niyyəti?

Məzara salmısan bu məhəbbəti,

Ürəyim ağlayır məndən xəlbəti,

Bağrım haray çəkir, dilim nə lazım?


Bir sən görməyirsən sinə dağımı,

Gözümün gurşadı döyür çağımı,

Xəzanlar alıbdı könül bağımı,

Budağda saralmış gülüm nə lazım?


Niyə bu taleyim belə oldu bəd?

Atdı ortalığa fərmanıyla həd,

Çəkilib araya nə müddətdi səd,

Fələyin qoyduğu bölüm nə lazım?


Yolunda əzaba salıb can məni,

Bağrın dəryasında boğur qan məni,

Öldürür, dirildir bu hicran məni,

Daha Şadimana ölüm nə lazım?

15. 03. 2004


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin