L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix12.10.2023
ölçüsü2,08 Mb.
#130129
1   ...   21   22   23   24   25   26   27   28   29
Quliyev-R-st-m-El-n-o-lu

Problemin öyrənilmə səviyyəsi.
Sənayenin sahələrinin aktual iqtisadi 
problemləri T.H.Əliyev, B.S.Xıdırov, A.A.Ağayeva, R.C.Əliyev, S.A.Cümşüdov, 
B.S.Əhmədov, M.Əliyev, E.E.Məmmədzadə, A.Tağıyev, M.Pənahəliyeva və 
başqalarının əsərlərində geniş tədqiq edilmiş, əməli-metodiki xarakterli tövsiyələr 
irəli sürülmüşdür. 2000-2007-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunda 


96 
R.Quliyev, 
M.Sadıqov, 
T.Hüseynov, 
X.Məmmədova, 
Ü.Seyidova, 
V.Məhərrəmova, M.Bayramov, L.Abdul Saleh və başqaları tərəfindən investisiya 
problemləri ilə bağlı doktorluq və namizədlik dissertasiyaları müdafiə olumuşdur. 
Bu dissertasiyalar sənayedə investisiya qoyuluşlarının istiqamətlərinə, investisiya 
layihələrinin iqtisadi qiymətləndirilməsinə, müxtəlif sənaye sahələrində investisiya 
siyasətinin regional problemlərinə, investisiya mühitinə, investisiya layihələrində 
riskin azalmasına və digər problemlərə həsr olunmuşdur.
 
Tədqiqat işi aparılarkən dünyanın digər alimlərinin - Anşin V.M., Boçarov 
V.V., Birman Q., Bobilyova A.Z., Gitman C., Qrafova Q.F., Koqut A.Y., 
Kravçenko N.A., Laxmetkina N.İ., Mılnik V.V., Fatxutdinov R.A., Mixaylov 
L,M., Şarp V., Yakovets Y.V., Keyns C.M. və başqalarının nəzəri baxışları ilə 
tanış olunmuş və onların ideyalarından bəhrələnilmişdir. Həmin əsərlər 
ümumiyyətlə investisiya problemlərinə, bəzi mühüm iqtisadi nəzəriyyələrin 
müddəalarının təhlilinə həsr olunmuş və tədqiqat zamanı həmin əsərlərə istinad 
edilmişdir. 
Aparılan 
elmi-tədqiqat 
işlərinin 
əhəmiyyətini 
yüksək 
qiymətləndirməklə yanaşı, qeyd etmək lazımdır ki, aparılan tədqiqatlarda sənaye 
müəssisələrində investisiya siyasətinin formalaşması problemlərinə sistemli 
şəkildə baxılmamışdır. Sənayenin ölkə iqtisadiyyatının digər sahələrinin 
inkişafında və logistik təminatında müstəsna rolunu nəzərə alaraq, orada 
investisiya və diversifikasiya fəaliyyətinin genişləndirilməsi məsələləri ön plana 
çəkilmiş və sahənin daxili investisiya qıtlığı yaradan amillər ətraflı araşdırılmışdır. 
Beləliklə, problemin mühüm nəzəri və sahə üçün təcrübi əhəmiyyətinin elmi 
baxımdan öyrənilməsi zərurəti tədqiqatın məqsəd və vəzifələrini müəyyən 
etmişdir. 

Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin