6
Tədqiqatın elmi yeniliyi
aşağıdakılardan ibarətdir:
-
İnvestisiya siyasətinin formalaşması sisteminin əsas müddəaları
dəqiqləşdirilmişdir;
-
sənayenin investisiya təminatının mövcud vəziyyəti və investisiya-
innovasiya prosesinin qarşılıqlı əlaqəsi kompleks
şəkildə təhlil edilmiş və
qiymətləndirilmişdir;
-
aşağı rentabelli və ya zərərlə işləyən sənaye müəssisələrinin maliyyə
vəziyyətinin monitorinqi və diaqnostikasının aparılmasına sistemli yanaşmanın
prinsipial sxemi təklif
edilmişdir;
-
sənaye
müəssisələrində
investisiya
resurslarının
formalaşmasının
istiqamətləri müəyyən edilmişdir;
-
milli iqtisadiyyatın digər sahələrinin inkişafında sənayenin müstəsna rolunu
nəzərə alaraq, orada diversifikasiya prosesinin genişləndirilməsi hesabına yeni növ
məhsulların istehsalının məqsədə uyğunluğu əsaslandırılmışdır.
Tədiqat işinin nəzəri-praktiki əhəmiyyəti
ondan
ibarətdir ki, alınmış
nəticələrdən Sənaye və Energetika Nazirliyi və “Azərkimya” DŞ tərəfindən
müvafiq məqsədli kompleks inkişaf proqramlarının tərtib olunmasında,
sahənin
iqtisadi potensialından, sənaye müəssisələrinin maliyyə resurslarından səmərəli
istifadə
edilməsində, sahənin investisiya-innovasiya siyasətinin formalaşmasında,
diversifikasiya
prosesinin
genişləndirilməsində,
yeni
məhsulların
mənimsənilməsində və mövcud məhsulların modemləşdirilməsində,
kooperasiya
əlaqələrinin genişləndirilməsində, logistika fəaliyyətinin
düzgün təşkili və idarə
edilməsində və s. istifadə oluna bilər.
Dostları ilə paylaş: