3
GIRIŞ
Mövzunun aktuallığı.
Sahədə iqtisadi artımın və tarazlığın təmin olunması
üçün ilk növbədə onun daxili və xarici mənbələr hesabına investisiya tələbatını
ödəməyə cəhd olunmalıdır. Deməli, sənayenin perspektiv inkişafı
ilə əlaqədar
qarşıda duran iqtisadi problemləri dərk etmək və onların həllini təmin edə
bilən
investisiyalarla bağlı fikirləri formalaşdırmaq, bu fikirləri reallaşdıra bilən
vasitələri və mexanizmləri təkmilləşdirmək üçün sahənin iqtisadi durumunu
investisiya tələbatı baxımından təhlil etmək zərurəti meydana çıxır.
Sənayenin mövcud texniki-texnoloji vəziyyətini
və innovasiya mühitini
yaxşılaşdırmaq, onun inkişafına nail olmaq üçün orada xarici investisiyalardan,
texnologiyalardan və daxili investisiya potensiallarından
səmərəli istifadə
olunması tələb olunur. Sonuncu ölkənin digər sənaye sahələrinin perspektiv
inkişafı baxımından çox vacibdir. Odur ki, bu problemin tədqiqi praktiki baxımdan
müasir dövrün gerçəkliyi müstəvisində böyük aktuallıq kəsb edir.
Digər
tərəfdən,
müəssisələrdə investisiya siyasətinin formalaşması
probleminin həlli müasir
metodologiya tələb edir ki, ondan istifadə etməklə
mövcud metodiki işləmələri təkmilləşdirmək mümkün olsun.
Dostları ilə paylaş: