4
layihələrinin iqtisadi qiymətləndirilməsinə, müxtəlif sənaye sahələrində investisiya
siyasətinin
regional problemlərinə, investisiya mühitinə,
investisiya layihələrində
riskin azalmasına və digər problemlərə həsr olunmuşdur.
Tədqiqat işi aparılarkən dünyanın digər alimlərinin - Anşin V.M., Boçarov
V.V., Birman Q., Bobilyova A.Z., Gitman C., Qrafova Q.F., Koqut A.Y.,
Kravçenko N.A., Laxmetkina N.İ., Mılnik V.V., Fatxutdinov R.A., Mixaylov
L,M., Şarp V., Yakovets Y.V., Keyns C.M. və başqalarının nəzəri baxışları ilə
tanış olunmuş və onların ideyalarından bəhrələnilmişdir.
Həmin əsərlər
ümumiyyətlə investisiya problemlərinə, bəzi mühüm
iqtisadi nəzəriyyələrin
müddəalarının təhlilinə həsr olunmuş və tədqiqat zamanı həmin əsərlərə istinad
edilmişdir.
Aparılan elmi-tədqiqat işlərinin əhəmiyyətini
yüksək qiymətləndirməklə
yanaşı, qeyd etmək lazımdır ki, aparılan tədqiqatlarda sənaye müəssisələrində
investisiya siyasətinin formalaşması problemlərinə sistemli şəkildə baxılmamışdır.
Sənayenin ölkə iqtisadiyyatının digər sahələrinin inkişafında
və logistik
təminatında müstəsna rolunu nəzərə alaraq, orada investisiya
və diversifikasiya
fəaliyyətinin genişləndirilməsi məsələləri ön plana çəkilmiş və sahənin daxili
investisiya qıtlığı yaradan amillər ətraflı araşdırılmışdır.
Beləliklə, problemin mühüm nəzəri və sahə üçün təcrübi əhəmiyyətinin elmi
baxımdan öyrənilməsi zərurəti tədqiqatın məqsəd
və vəzifələrini müəyyən
etmişdir.
Dostları ilə paylaş: