32
2017-ci ildə isə 6% olmuşdur. Ümumi daxili məhsulun strukturunda artım
dinamikası, əsasən, qeyri-neft sektorunun inkişafı hesabına baş verəcək. 2020-ci
ilədək ÜDM-in həcminin 100 milyard dollara çatdırılması nəzərdə tutulur.
2016-cı ildə sənaye istehsalının sahə strukturunda həmin sahənin xüsusi
çəkisi 72,1%; məşğul olanların tərkibində isə 32,6%-i neftqazçıxarmanın payına
düşür.
Şəkil 2.2. Azərbaycanın neft emali, kimya və neft-kimya timsalında
sənayesinin ümumi prinsipial sxemi
Azərbaycan Respublikasının YHK-nin inkişafı (2006-2016-ci illər) üzrə
Dövlət Proqramında sahəni daha da inkişaf etdirmək üçün bir sıra önəmli işlərin
aparılması nəzərdə tutulmuşdur. Ölkəmizin neft strategiyasına
uyğun olaraq və
ekoloji təhlükəsizliyin nisbi təmin edilməsi məqsədi ilə çıxarılan xam neftin və
təbii qazın əsas hissəsinin xarici bazarda satılması nəzərdə tutulmuşdur.
Sənayesinin əsas xammal təchizatçısı sayılan neft-qaz emalı zavodları
hazırda öz layihə güclərinin 30%-i səviyyəsində işləyirlər. Neftin emal dərinliyi
33
təxminən 56%-dir ki, bu da dünyanın digər NEZ-lərində olan eyni adlı göstərici ilə
müqayisədə 25-30% azdır.
Kütləvi informasiya vasitələrində nəşr edilən məlumatlarda NEZ-lərin digər
əraziyə köçürülməsi və Türkiyənin Ceyhan Terminalının yaxınlığında iri neft
emalı və sənaye kompleksinin tikilməsi haqqında fikirlər söylənilir.
Hökumət
qərarları ilə həyata keçiriləcək həmin tədbirlərin əhəmiyyətini azaltmadan qeyd
olunmalıdır ki, sənayenin ölkə iqtisadiyyalındakı mövqeyini qoruyub saxlamaq
lazımdır, çünki məhz həmin sənaye çoxsaylı digər sahələrin inkişafına təminat
yaradır.
Fikrimizi sübuta yetirmək üçün “Azərkimya”
DŞ-in tərkibində fəaliyyət
göstərən iri sənaye müəssisələrində istehsal edilən əsas növ məhsulların texniki-
iqtisadi xarakteristikasını, istifadə sahələrini və sosial infrastruktur obyektləri
(dəmiryol və avtomobil nəqliyyatı, tikinti sahəsi, anbar təsərrüfatı, tutumlar, çənlər
və s.) ilə əlaqəni özündə əks etdirən cədvəl 2.1.-nə diqqət yetirmək kifayətdir.
Digər tərəfdən, artıq
Azərbaycan uzun illərdir ki, sənaye məhsulları və
dünya iqtisadi sistemində müvafiq yer tutur. 2016-cı ildə ölkə üzrə istehsal edilən
sənaye məhsulunun 1,3%-i, işləyənlərin 5,9%-i, əsas istehsal fondlarının 2,26%-i
kimya sənayesinin payına düşmüşdür.
Nəzərə alsaq ki, həmin sahənin mütəxəssisləri öz əvvəlki postsovet
məkanındakı xammal təchizatçılarını və məhsul istehlakçılarını itirdiklərindən
özlərinin 25-30% səviyyəsində güclə işləyirlər, onda onların fəaliyyətinin bərpası
zamanı orada böyük iqtisadi potensialın olduğunu duymaq çətin deyildir.
Əvvəla qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 22
mart 2001-ci il tarixli sərəncamı ilə [9] kimya və neft-kimya müəssisələri Səhmdar
Cəmiyyətinə çevrilmişdir.
Sumqayıt şəhərində yerləşən və sıx texnoloji (kooperasiya)
əlaqəsi olan
dörd iri kimya zavodları “Azərkimya” DŞ sistemində dövlət mülkiyyəti
formasında fəaliyyətini aşağı güclə davam etdirirlər. Həmin zavodların texnoloji
34
əlaqəsi şəkil 2.2-də əks etdirilmişdir. Sxemdən göründüyü kimi,
DŞ-nin iri
müəssisəsi sayılan “Etilen-Polietilen” zavodunun fəaliyyəti NEZ və QEZ
zavodlarından, digər sənaye müəssisələrinin fasiləsiz fəaliyyəti isə “Etilen-
Polietilen” (EP) zavodundan asılıdır.
Cədvəl 2.1.
“Azərkimya” DŞ-nin tərkibində olan sənaye müəssisələrində istehsal edilən
məhsulların xarakteristikası
Müəs.adları
İstehsal edilən
məhsullar
Normativ
texniki
bazası
İstifadə sahəsi, qablaşdırılması və
daşınması
1
2
3
4
1.Yüksək
təzyiqli
polietilen (YTP)
QOST
16337-77
İstifadə sahəsi: poloetilen örtük
alınması
istehsalında,
məişət
əşyalarının, yeyinti, tibbi təyinatlı
məhsulların
alınmasında,
kənd
təsərrüfatı
və
xalq
təsərrüfatı
sahələrində,
elektri
–
texniki
məmulatların istehsalında.
Qablaşdırılması:
YTP
dənəvər
xammalı 25
kq polietilen kisələrdə
qablaşdırılır və bütün bağlı nəqliyyat
vasitələri ilə daşınır
Dostları ilə paylaş: