Proqram: İnternetə Çıxış və Təlimi Proqramı (IATP)
Yer: Sumqayıt, Azərbaycan
HESABAT: İATP-nin Ölkə üzrə Koordinatoruna hesabat verir
İREX təşkilatı namizədin iş fəaliyyətinə 01 Noyabr, 2008-ci il tarixindən başlamasını nəzərdə tutur. Vəzifə Azərbaycanın bütün vətəndaşları üçün açıqdır və onun maliyyələşdirilməsi donordan asılıdır.
İşin təsviri
Administrator İATP Sumqayıt Mərkəzində çalışaraq aşağıdakı vəzifələri icra edəcək:
Vəzifələr:
Mərkəzin gündəlik işlərini idarə etmək
Internetin texniki və təhsil tətbiqini göstərərək mərkəzə gələnləri qeydiyyata salmalı və istifadəçilərə nəzarət etməli;
Yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə İATP proqramının məqsədlərinə uyğun olan seminarlar, təlimlər və praktik məşqələlər təşkil etmək
Dövlət dilində veb resursların inkişafına və yayılmasına yardım etmək
İATP Proqramının müxtəlif təşəbbüslərini, onlayn çatlar, forumlar, reklam aksiyaları və mərkəzin uğurlu fəaliyəti barədə olan məlumatları koordinasiya etmək
Partnyor təşkilatla əməkdaşlıq edib, mərkəzin gələcəkdə dayanıqlı inkişafını təmin etmək məqsədilə birgə yerli tədbirlər təşkil etmək
Rəhbərliyi İATP istifadəçiləri haqqında məlumatla və donor təşkilata hesabat üçün statistik məlumatla təmin etmək
Proqramın fəaliyyətində hədəf qrupunun fəal iştirak etmək üçün proqramın gedişində rəhbərliyə kömək etmək və digər təşəbbüsləri həyata keçirtmək.
Seçilmiş auditoriya içərisində hədəf qrupunun fəaliyyətinin qiymətləndirilməsi və xüsusi treyninqlərin aparılması və informasiya texnologiyalarının tətbiqi ilə bağlı rəhbərliklə birgə fəaliyyət göstərmək
Daimi və vaxtında rəhbərliyi mərkəzin fəaliyyəti barədə məlumatlandırmaq
Həftəlik, aylıq hesabatlar, tədbirlər planı və təlabə uyğun digər hesabatlar təqdim etmək
Müxtəlif konfranslarda, tədbirlərdə və görüşlərdə iştirak etmək.
Digər təyin olunmuş vəzifələr
Müraciət etmək üçün: Tərcümeyi hallınızı (CV) e-mail vasitəsilə Azərbaycanda
İATP-nin Ölkə üzrə Koordinatoruna Oksana Zarukayeva göndərin (ozarukaeva@irex.az)
və cc: İATP-nin Program Assistentinə Aytekin Əliyeva göndərin (aaliyeva@irex.az)
Subject: Site Administrator (Sumgayit) qeyd edin