320) Qan yaxmasında leykositlər neçə hüceyrəyədək sayılır?
A) 50
B) 30
C) 150
D) 100
E) 10
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 89
321) Trombositlər Qoryayev kamerasında neçə böyük kvadratda sayılır?
A) 30
B) 100
C) 25
D) 20
E) 50
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 91
322) Kapilyar laxtalanma müddətinin təyinində lazım olan ləvazimatlar hansılardır.
A) 5 ml pipet, saat
B) Kapilyar boru, saniyə ölçən
C) Sali pipeti, qum saatı
D) Saniyə ölçən, sınaq şüşəsi
E) Kapilyar boru, sınaq şüşəsi
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 110
323) Trombositlərin Qoryayev kamerasında sayılması zamanı hansı reaktivdən istifadə edilir?
A) 1% natrium xlorid
B) 1% ammonium oksalat
C) Hayema reaktivi
D) 3% buzlu sirkə turşusu
E) 10% natrium xlorid
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 91
Dostları ilə paylaş: |