564) Aqqlütinasiya reaksiyasında müsbət nəticə hansıdır?
A) Laka oxşar qan
B) Bulanıq halqanın alınması
C) Eritrositlərin çökməsi
D) Çöküntünün əmələ gəlməsi
E) Çöküntünün düymə şəklində alınması
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 132-133
565) Bu xüsusiyyətlərdən hansı antigenə məxsusdur?
A) Toksigenlik
B) Spesifiklik
C) Daxil olduğu orqanizm üçün yad olmaq
D) Patogenlik
E) Virulentlik
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 123-124
566) Anticisim nədir?
A) Lipopolisaxariddir
B) Mineral maddədir
C) Zülaldır
D) Yağdır
E) Karbohidratdır
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 128
567) Diferensial-diaqnostik qidalı mühitlərdən nə məqsədlə istifadə olunur?
A) Bakteriyaların diri halda öyrənilməsində
B) Antibiotiklərin həssaslığının təyinində
C) Faqotipin təyinində
D) Müayinə materialının göndərilməsində
E) Təmiz kulturanın alınmasında
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 71-73
568) Sınaq şüşəsində mikroblu duru materialdan maye qidalı mühitə əkin nə ilə aparılır?
A) İynə ilə
B) Tamponla
C) Kolli qələmi ilə
D) Steril pipetka ilə
E) Şpatellə
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 77
Dostları ilə paylaş: |