576) Virulentlik nədir?
A) Törədicinin yayılmasına orqanizmin müdafiə reaksiyasıdır
B) Mikrobun həssaslığıdır
C) Mikrobun patogenlik dərəcəsidir
D) İnsanda xəstəlik yaratmaq qabiliyyətidir
E) Zəif adamlarda xəstəlik törətmədir
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 93
577) Anatoksinlər nədən hazırlanır?
A) Donor qanından
B) İmmunoqlobulinlərdən
C) Antitoksik serumlardan
D) Mikrob toksinindən
E) Mikroblardan
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 160
578) Bunlardan hansı immunitetin spesifik amillərinə aiddir?
A) Lizosim
B) Dəri örtüyü
C) Faqositoz
D) İmmunoqlobulinlər
E) Komplement
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 130
579) Lizosim maddəsi harada müşahidə olunur?
A) Tər vəzisində
B) Zərdabda
C) Göz yaşında
D) Leykositlərin tərkibində
E) Toksinlərin tərkibində
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 115
Dostları ilə paylaş: |