709) Yaxmalar nə üçün fiksasiya edilir?
A) Mikrobları qurutmaq üçün
B) Asılan damla hazırlamaq üçün
C) Mikrobları diri halda öyrənmək üçün
D) Basma yaxma hazırlamaq üçün
E) Yuma və rəngləmə zamanı mikrob axıb getməsin
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 21
710) İmmunpreparatlar harada saxlanılır?
A) Termostatda
B) Soyuducuda
C) Ayrıca, xüsusi yerdə
D) Qaranlıq yerdə
E) Quru yerdə
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 164
711) “Mirvari boyunbağı” testinin qoyuluşunda hansı antibiotikdən istifadə edilir?
A) Streptomisin
B) Ampisillin
C) Bisillin
D) Tetrasiklin
E) Penisillin
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 201
712) Bakteriyaların proteolitik xassələrinin təyini üçün hansı qidalı mühitdən istifadə edilir?
A) Saburo mühiti
B) Ətli peptonlu bulyon
C) Öd bulyonu
D) Kozein kömür aqarı
E) Peptonlu su
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 71
Dostları ilə paylaş: |