713) Maye qidalı mühitləri bərkitmək üçün ona nə əlavə edilir?
A) Aqar-aqar
B) Öd
C) Pepton
D) Şəkər
E) Qan
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 65
714) Mikroorqanizmlərin morfologiyasını öyrənmək üçün hansı müayinə üsulu tətbiq edilir?
A) Mikroskopik
B) Allergik
C) Mikrobioloji
D) Bioloji
E) Seroloji
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 8
715) Qaynatmaqla sterilizasiya zamanı nə üçün distillə suyundan istifadə edilir?
A) Qaynatmanı zəiflətmək üçün
B) Vegetativ mikrobları məhv etmək üçün
C) Qaynatmanı sürətləndirmək üçün
D) Suyun codluğunu aradan qaldırmaq üçün
E) Sporları məhv etmək üçün
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 55
Dostları ilə paylaş: |