739) Morfoloji quruluşuna görə stafilokoklar nə formadadır?
A) Paxlaya oxşar diplokokdur
B) Tetrakokdur
C) Lanset şəkilli diplokokdur
D) Üzüm salxımına bənzərdir
E) Sarsindir
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 171
740) Difteriyanın profilaktikasında immunlaşdırma üçün hansı vaksindən istifadə olunur?
A) Elbert-Qaysk diri vaksini
B) BCJ
C) AGDT
D) Autovaksin
E) Serumlu preparat
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı.1995. Səh. 295
741) Vərəmin spesifik profilaktikasında hansı vaksındən istifadə edilir?
A) BCJ
B) Poliomielit vaksini
C) Autovaksin
D) Elbert-Qaysk
E) AGDT
Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская. «Микробиология» «Медицина» Москва. 1987. Səh. 380
742) Bakterial ilgəklər necə sterilizasiya olunur?
A) Termostatda saxlanmaqla
B) Buxarla
C) Quru isti ilə
D) Spirt və ya qaz lampası alovunda
E) Qaynatmaqla
Ədəbiyyat: Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 52
Dostları ilə paylaş: |