923) Filyariozlara nəyə əsasən diaqnoz qoyulur?
A) Qanda yumurtaların tapılmasına
B) Ödün müayinəsinə
C) Sidiyin müayinəsinə
D) Qan yaxması və qalın qan damlası preparatında sürfələrin tapılmasına
E) Nəcisin müayinəsinə
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 120
924) Şistosomun çökdürmə üsulu ilə müayinəsində istifadə olunan həlledici hansı maddələrdən ibarətdir?
A) CaCO3
B) Qliserin, NaCl
C) NaN O3, su
D) Qliserin, H2SO4
E) Fenol, spirt
Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 179
925) Brumpt üsulu ilə stronqiloid sürfələrini aşkar edərkən nəcisin üzərinə hansı maddə əlavə edilir?
A) HCl
B) Qliserin
C) Su
D) NaCl
E) Fenol
Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 178
926) Nəcisin Qoryaçev üsulu ilə tədqiqi zamanı sınaq şüşəsində olan NaCl məhlulunun üzərinə hansı qarışıq tökülür?
A) NaHCO3 və su
B) Su və qliserin
C) Su və efir qarışığı
D) Su və nəcis qarışığı
E) NCl və su
Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 176
927) Zənginləşdirmə üsullarını yerinə yetirərkən preparatın qurumaması üçün üzərinə hansı maddə əlavə olunur?
A) Efir
B) Na-bikarbonat
C) 50%-li qliserin
D) Spirt
E) Fenol
Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 175
928) Fülleborn üsulu ilə nəcisin tədqiqi zamanı məhlulun səthinə toplanmış helmint yumurtalarını yığmaq üçün nədən istifadə edilir?
A) Taxta şpatel
B) Qasıq
C) Şüşə çubuq
D) Pipet
E) Spiral şəkilli ilmək
Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 174
929) Əşya şüşəsi üzərində hazırlanmış qalın qan damlasının diametri nə qədər olmalıdır?
A) 2 sm
B) 1,5 sm
C) 5 sm
D) 3 sm
E) 4 sm
Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 156
Dostları ilə paylaş: |