149) Sidikdə silindrin olması hansı göstəriciyə uyğundur?
A) Sidikdə bakteriyanın olmasına
B) Sidikdə şəkərin olmasına
C) Sidikdə zülalın olmasına
D) Sidikdə bilirubinin olmasına
E) Sidikdə urobilinin olmasına
Silindlər böyrək kanalcıqlarında zülal maddəsindən təşkil olunurlar. Silindlərə tez-tez zülal olan sidikdə rast gəlinir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 31
150) Nə zaman sidik alma (meyvə) qoxusu verir?
A) Xroniki nefritdə
B) Pielonefritdə
C) Nefrotik sindromda
D) Şəkərli diabetdə
E) Sistitdə
Normal sidik özünə məxsus iyə malikdir. Lakin şəkərli diabetdə sidiklə aseton ifraz olunarsa, sidik alma (meyvə) qoxusu verir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 13
Dostları ilə paylaş: |