153) Sidikdə qan piqmentinin təyinində hansı sidik müayinə edilir?
A) Təzə ifraz olunmuş sidik
B) 2 saat saxlanmış sidik
C) 1 sutkalıq sidik
D) 3 saat saxlanmış sidik
E) 3 saat ərzində toplanmış sidik
Sidikdə qan mikroskopik və kimyəvi yolla təyin edilir. Qvayakov qətranı ilə göy, amidopirin ilə bənövşəyi, benzidinlə yaşıl rəng alınır. Qan piqmentini təyin etdikdə müayinə yalnız təzə ifraz olunmuş, çalxalanmış sidikdə aparılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 27 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 25-27
Dostları ilə paylaş: |