154) Bağırsaqda zülalların intensiv çürüməsi zamanı sidikdə nə müşahidə olunur?
A) Bilirubin
B) İndikan
C) Albumin
D) Urobilin
E) Sterkobilin
Böyrəklərin ağır xroniki xəstəliklərində, bağırsaqda zülalın intensiv çürümə prosesi zamanı (qəbzlik, bağırsaq keçməməzliyində, bağırsaqda abses, şiş olduqda) indikanuriya müşahidə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 26
155) Sidikdə ağ rəngli çöküntü müşahidə olunur?
A) Fosfaturiyada
B) Uraturiyada
C) Urekimiyada
D) Lipiduriyada
E) Oksalaturiyada
Qələvi reaksiyalı sidikdə amorfosfat, tripolfosfat duzları müşahidə olunur. Amorfosfatlar ağ rəngli, bəzən ağımtıl boz rəngdə olurlar. Sidik çöküntüsündə fosfatlar ağ rəngdə görünürlər.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 29
Dostları ilə paylaş: |