157) Hansı xəstəlikdə daha çox qələvi xassəli sidik müşahidə olunur?
A) Bronxial astmada
B) Meningitdə
C) Xroniki bronxitdə
D) Sifilisdə
E) Sistitdə
Sağlam insanlarda sidiyin reaksiyası müxtəlif olur, qarışıq qidalanmada zəif turş və ya neytral xassəyə malikdir. PH-5,3-6,5 arasında olur. Ətli qida qəbul etdikdə turş, bitki qidası qəbul etdikdə qələvi xassəli olur. Şəkərli diabet xəstəliyində və padaqrada sidiyin reaksiyası kəskin turş olur. Sidik kisəsinin iltihabı və hamiləlik zamanı sidik qələvi xassəli olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 12 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 27
Dostları ilə paylaş: |