179) Sidiyin fiziki və kimyəvi xassələrini eyni bir vaxtda təyin etmək olar?
A) Ekspres-test-Combina 9
B) Universal indiqator kağızı
C) Qlükotest
D) Asidotest
E) Albufan
Combina 9 Stripində 9 parametrlə təyinat aparılır – xüsusi çəki, nitritlər, pH, zülal, şəkər, keton, urobilinogen, bilirubin, qan təyin edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh
180) Sidiyin reaksiyası nə ilə təyin edilir?
A) Asidotestlə
B) Süzgəc kağızı ilə
C) Spektroskopla
D) Universal indiqator kağızı ilə
E) Bakterial filtr kağızı ilə
Sidiyin reaksiyası müxtəlif olub, qarışıq qidalanmada zəif turş və ya neytrala yaxın olur. Sidiyin reaksiyası universal indiqator kağızı ilə təyin olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 12
Dostları ilə paylaş: |