183) Sidiyin ümumi müayinəsinə hansılar aiddir?
A) Yalnız zülal və şəkər
B) Fiziki-kimyəvi xassələri, mikroskopik
C) Yalnız kimyəvi xassələri
D) Yalnız mikroskopik
E) Yalnız fiziki xassələri
Sidiyin ümumi müayinəsində fiziki, kimyəvi xassələri və mikroskopik müayinəsi aparılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 11
184) İzostenuriya hansı xəstəliklərdə müşahidə edilir?
A) Piolonefritdə
B) Böyrəyin daş xəstəliyində
C) Sistitdə
D) Şəkərli diabetdə
E) Xroniki böyrək çatışmazlığında
Əgər sidiyin xüsusi çəkisi çox kiçik interval arasında (1,010-1,011) dəyişərsə, izostenuriya adlanır. İzostenuriya kanalcığın zənginləşdirmə qabiliyyətinin pozulmasını göstərir. Xroniki böyrək çatışmazlığında sidik açıq sarı, su kimi, şəffaf olur. Xüsusi çəkisi ilk sidiyin xüsusi çəkisi kimi (1,010-1,011) olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 14 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 26
Dostları ilə paylaş: |