197) Normada mədə şirəsində ümumi turşuluq nə qədərdir?
A) 70-80 mmol/l
B) 10-20 mmol/l
C) 20-50 mmol/l
D) 70-80 mmol/l
E) 40-60 mmol/l
Mədə şirəsində ümumi turşuluq 100 ml mədə şirəsinə istifadə olunan 0,1 n NaOH məhlulunun miqdarına bərabərdir. Adətən bu da 40-60 mmol/l olub, sərbəst, bağlı və turşu qalığının cəmindən ibarətdir. Normada ümumi turşuluq 40-60 mmol/l olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 40-41
198) Sərbəst xlorid turşusu normada mədə şirəsində nə qədər olur?
A) 60-70 mmol/l
B) 10-25 mmol/l
C) 80-90 mmol/l
D) 20-40 mmol/l
E) 65-75 mmol/l
Mədə şirəsində normada sərbəst turşuluq 20-40 mmol/l olur. Mədə şirəsində sərbəst xlorid turşusu olmadıqda onun çatışmaması təyin edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 40-41
Dostları ilə paylaş: |