255) Nonne-Apelt sınağında istifadə olunan reaktiv hansıdır?
A) Doymuş natrii xlor məhlulu
B) Doymuş ammonium sulfat məhlulu
C) Doymuş ammonium sitrat məhlulu
D) Doymuş ammonium oksalat məhlulu
E) Doymuş karbol turşusu məhlulu
Onurğa beyni mayesində qlobulin reaksiyasını aparmaq üçün Nonne-Apelt reaksiyasında ammonium sulfatın doymuş məhlulundan istifadə olunur. 85 q k.t. ammonium sulfat 100 ml qaynar distillə suyunda həll edilir, 48 saat otaq temperaturunda saxlanılır, süzülür. Hazır reaktiv neytral reaksiyalı olmalıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 67
Dostları ilə paylaş: |