322) Siflisin törədicisi Romanovski üzrə boyanmış preparatda hansı rəngdə olur? A) Çəhrayı
B) Palıdı
C) Qara
D) Göy
E) Al qırmızı
Toxuma mayesindən bir damla əşya şüşəsi üzərinə qoyub yaxma çəkilir. Yaxma 1 saat müddətində havada qurudulur, sonra metil spirtində 3-4 dəq fiksə edilir. Solğun treponemalar anilin boyağını pis qəbul edir. Ona görə də Romanovski boyağı durulaşdırıldıqdan sonra preparat 14-15 saat müddətində boyanır. Sonra ehtiyatla suda yaxalanır, qurudulur və immersiya sistemilə öyrənilir. Romanovski üzrə boyanmış preparatda solğun treponemalar çəhrayı rəngə, digər spiroxetalar – göy rəngə boyanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 146 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 141