362) Kapilyar laxtalanma müddətinin təyinində lazım olan ləvazimatlar hansılardır.
A) Sali pipeti, qum saatı
B) Kapilyar boru, saniyə ölçən
C) 5 ml pipet, saat
D) Saniyə ölçən, sınaq şüşəsi
E) Kapilyar boru, sınaq şüşəsi
Qanın laxtalanmasının təyinində onun təbii laxtalanma prosesinə uyğun olması və formalı elementlərin az zədələnməsi nəzərə alınmalıdır. Suxaryev üsulunda bunlar nəzərə alınır. Bu üsulda Pançenkov (kapilyar borusu, saniyə ölçən və barmağı deşmək üçün ləvazimatdan istifadə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 110
363) Trombositlərin Qoryayev kamerasında sayılması zamanı hansı reaktivdən istifadə edilir?
A) 3% buzlu sirkə turşusu
B) Hayema reaktivi
C) 1% ammonium oksalat
D) 1% natrium xlorid
E) 10% natrium xlorid
Qoryayev kamerasında trombositləri saymaq üçün 4 ml 1%-li ammonium oksalat sınaq şüşəsinə tökülür, üzərinə 0,02 ml qan əlavə edilir, qarışdırılır və müvafiq vaxtdan sonra sayılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 91
Dostları ilə paylaş: |