370) Qan qruplarının standart zərdabla təyini zamanı hansı görünüş B (III) qrup olduğunu göstərir?
A) (I), (II) qrup zərdabla aqqlütinasiya müsbət, (III) mənfidir
B) (I), (II), (III) zərdabla aqqlütinasiya müsbətdir
C) (I), (II), (III) qrup zərdabla aqqlütinasiya mənfidir
D) (I) müsbət, (II) və (III) zərdabla aqqlütinasiya mənfidir
E) (I) mənfi, (II) zərdabla aqqlütinasiya mənfi, (III) müsbətdir
Qan qruplarının standart zərdab vasitəsi ilə təyinində O (I), A (II), B (III) və AB0 (IV) qan qruplarının zərdablarından istifadə olunur. Ağ lövhədə arı-ayrı yuvalarda qanla zərdab qarışdırılır. İzohemoaqqlütinasiya reaksiyası müsbət və mənfi ola bilər. Müayinə olunan B (III) qan qrupuna mənsubdursa, (I) və (II) qrup qan zərdabı ilə aqqlütinasiya reaksiyası müsbət, (III) qrup zərdabla mənfi olmalıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 112-114
Dostları ilə paylaş: |