385) Sidikdə zülalın təyinində durulaşma hansı vaxta qədər aparılır?
A) həlqə 2 dəqiqədən gec alınsın
B) həlqə 7 dəqiqədən gec alınsın
C) həlqə 4 dəqiqədən gec alınsın
D) həlqə 6 dəqiqədən gec alınsın
E) həlqə 5 dəqiqədən gec alınsın
Sidikdə zülalı miqdarca təyin etdikdə həlqə 2 dəqiqədən tez alınarsa, durulaşma davam etməlidir. Hellerin həlqəvi sınağında alınan həlqə nazik, sap şəklində və 2 dəqiqədən gec alınarsa durulaşma dayandırılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 18
386) Sidikdə keton cisimciklərini Leqal sınağı ilə təyin etdikdə hansı reaktiv lazımdır?
A) natrium xlorid, hidrogen xlorid, sirkə turşusu
B) 3 xlorlu sirkə turşusu, kalium xlorid
C) Sulfat turşusu ,pikrin turşusu
D) natrium hidroksid, qatı natrium nitroprusid, buzlu sirkə turşusu
E) maqnezium sulfat, pikrin turşusu
Sidikdə şəkər olduqda aseton-keton cisimcikləri təyin edilir. Leqal sınağı ilə keton təyin edildikdə 10% natrium hidroksid qatı natrium hidroksid, qatı natrium nitroprusid, buzlu sirkə turşusundan istifadə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 22, 23
Dostları ilə paylaş: |