416) Sadə zülallara aid olmayanlar hansılardır?
A) Qlikoproteidlər
B) Histonlar
C) Protaminlər
D) Albuminlər
E) Qlobulinlər
Zülallar quruluşundan asılı olaraq sadə-proteinlər və mürəkkəb–proteidlər qruplarına bölünürlər. Sadə zülallar yalnız aminturşulardan ibarətdirlər. Onlar heyvan və bitki aləmində geniş yayılmışlar. Onlara albuminlər, qlobulinlər, protaminlər və histonlar aiddir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.44
417) Mürəkkəb zülallara aid olmayanlar hansılardır?
A) Histonlar
B) Fosfoproteidlər
C) Xromoproteidlər
D) Nukleoproteidlər
E) Lipoproteidlər
Zülallar quruluşundan asılı olaraq sadə-proteinlər və mürəkkəb-proteidlər qruplarına bölünürlər. Mürəkkəb zülallar zülali və qeyri-zülali hissələrdən ibarətdirlər. Zülali hissə sadə zülallarda olduğu kimi yalnız aminturşulardan, qeyri-zülali hissə (prostetik qrup) isə müxtəlif birləşmələrdən ibarətdir. Zülalın adı onun qeyri-zülali hissəsinin adı ilə təyin olunur. Məs: nukleoproteidlərdə qeyri-zülali hissədə nuklein turşuları, xromoproteidlərdə - rəngli birləşmələr, fosfoproteidlərdə - fosfat turşusu, lipoproteidlərdə - lipidlər yerləşir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.44-48
Dostları ilə paylaş: |