498) Hansı maddələr makroergik adlanır?
A) Fosfat rabitəsi olanlar
B) Peptid rabitəsi olanlar
C) Efir rabitəsi olanlar
D) İon rabitəsi olanlar
E) Hidrogen rabitəsi olanlar
İnsan və heyvan orqanizmləri onlara lazım olan enerjini hazır üzvi maddələr şəklində alırlar. Bu maddələr parçalandıqda enerji azad olur. Azad olunmuş enerjinin bir hissəsi bədənin temperaturunun saxlanılmasına sərf olunur, digər çox hissəsi isə kimyəvi rabitənin enerjisinə çevrilir, əsasən fosfat. Belə rabitə makroergik rabitə adlanır (F). Tərkibində bu tipli rabitə olan maddələr makroergik maddələr adlanır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 səh.117-118
Dostları ilə paylaş: |