557) Cinsi hormonlara aid olmayanlar hansılardır?
A) Timozin
B) Androsteron
C) Testosteron
D) Estriol
E) Estradiol
Kişi cinsi hormonlarına testosteron, androsteron, qadın cinsi hormonlarına isə estriol, estradiol aiddir. Timozin timus vəzinin hormonudur. O,T-limfositlərin əmələ gəlməsini, immunitetin yaranmasını stimulə edir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.132
558) Hansı parçalanma məhsulları bütün mübadilə proseslərinin qarşılıqlı əlaqəsini yaradır?
A) Su, CO2, NH3
B) Monosaxaridlər
C) Sidik tuşusu
D) Aminturşular
E) Süd turşusu
Müxtəlif mübadilə proseslərinin qarşılıqlı əlaqəsini orqanizm tərəfindən istifadə olunan bütün mübadilə proseslərinin son parçalanma məhsulları olan su, karbon və ammonyak qazı üzərində müşahidə etmək olar. Məsələn: sudan Krebs tsiklində, yağ turşularının oksidləşməsində, nuklein turşularının sintezində, qlükozanın əmələ gəlməsində və s. hallarda istifadə olunur.
Karbon qazı xolesterinin, nuklein turşularının, öd turşularının sintezində istifadə olunur, karbonat bufer sisteminin tərkibinə daxildir. Ammonyak azot tərkibli birləşmələrin (əvəz olunan aminturşular, nuklein turşular, kreatin, xolin və s.) sintezində azot mənbəyi kimi istifadə olunur.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.218
Dostları ilə paylaş: |