565) Hansı toxumada suyun miqdarı nisbətən azdır?
A) Qan
B) Sinir
C) Qaraciyər
D) Birləşdirici
E) Əzələ
Su insan bədəninin kütləsinin 2/3 hissəsini təşkil edir. Suyun miqdarı yaşdan, cinsiyyətdən asılı olaraq dəyişə bilər. Bundan əlavə, müxtəlif toxumalar və üzvlər bir-birindən onlarda olan suyun miqdarı ilə fərqlənirlər: sümük, birləşdirici toxumalarda su azdır, qanda və əzələlərdə isə suyun miqdarı çoxdur.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.228-229
566) Makroelementlər hansılardır?
A) Fe, Mg, Cu
B) Ca, P, Na
C) Mg, J2, Fe
D) Zn, J2, Co
E) J2, Zn, Cu
Mineral maddələr qidanın əvəz olunmayan amillərinə aiddir. Üzv və toxumalarda onların miqdarı müxtəlifdir. Miqdarından asılı olaraq mineral maddələr makro- və mikroelementlərə bölünürlər.
Makroelementlərə Ca, P, Na, K, Cl və s. aiddir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.230-231
Dostları ilə paylaş: |