567) Mikroelementlər hansılardır?
A) Fe, J2
B) Ca, P
C) K, Cl
D) Na, K
E) Na, Cl
Mineral maddələr qidanın əvəz olunmayan amillərinə aiddir. Üzv və toxumalarda onların miqdarı müxtəlifdir. Miqdarından asılı olaraq mineral maddələr makro- və mikroelementlərə bölünürlər.
Mikroelementlərə Fe, Mg, Cu, Zn, J2, Co, Mo və s. aiddir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.230-231
568) İnsan orqanizmində kobaltın əhəmiyyəti nədən ibarətdir?
A) İmmunoloji davamlılığı yüksəldir
B) Karbohidrat mübadiləsində iştirak edir
C) Mioqlobulinin tərkibinə daxildir
D) Qanın əmələ gəlməsində iştirak edir
E) Bağırsaqda sorulma prosesini yaxşılaşdırır
İnsan orqanizmində olan mineral maddələr qidalanmanın əvəz olunmayan amillərinə aiddir. Orqanizmdəki mineral elementlər miqdarlarından asılı olaraq makro- və mikroelementlərə bölünürlər. Mikroelementlərə aid olan kobalt B12 vitamininin tərkibinə daxildir, bağırsaqda sorulma prosesini yaxşılaşdırır, əzələ zülallarının sintezinə səbəb olur.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.231
Dostları ilə paylaş: |