582) E.Cenner hansı xəstəliyə qarşı peyvənd üsulunu kəşf etmişdir?
A) Taun
B) Çiçək
C) Vəba
D) Quduzluq
E) Qara yara
İngilis həkimi E.Cenner 1796-cı ildə inək çiçəyi virusunu peyvənd etmək yolu ilə çiçək xəstəliyindən qorunmağın təhlükəsiz üsulunu təklif etdi. Cenner inək çiçəyinə tutulmuş bir süd sağan qadının əlindəki pustulanın möhtəviyyatını alıb, səkkiz yaşlı oğlanın qol dərisinə peyvənd etdi. Peyvənd edilən uşaqda yalnız yerli pustulalar inkişaf edərək, sonradan sağalma ilə nəticələnir və bunların yerində çapıqlar qalır.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 356-357
Dostları ilə paylaş: |