585) Vibrionların quruluş forması necədir?
A) Vergülvari
B) Sancaqşəkilli
C) Bir ucu qalınlaşmış
D) Çöpvari
E) Kokşəkilli
Spiralvarilər-spiral kimi qıvrılmış bakteriyalar iki qrupa bölünür:
Vibrionlar-bu bakteriya hüceyrələri mikroskop altında vergül şəklində görünür.
Spirillər-bir neçə qıvrıma malikdirlər. Bu forma onları burguya bənzədir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 15-16
586) Bakteriya hüceyrəsində sporun vəzifəsi nədir?
A) Uzun müddət mikrobu müdafiə edir
B) İfrazat üzvüdür
C) Çoxalma xarakteri daşıyır
D) Hərəkət üzvüdür
E) Həzm prosesində iştirak edir
Əlverişsiz şərait yarandıqda (qida, rütubət çatışmadıqda, temperatur kəskin dəyişdikdə) bakteriyaların protoplazması sıxlaşaraq kürəcik və ya silindr şəklində hüceyrənin müəyyən bir nöqtəsinə yığılıb möhkəm bir qişa ilə örtülür ki, bu yeni bakteriya hüceyrəsi spor adlanır. Sporlar uzun illər sağ qalaraq mikrobu müdafiə edir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 19-20
Dostları ilə paylaş: |