595) Qram mənfi bakteriyalar hansı boyaqla rənglənir?
A) Metilen göyü ilə
B) Lyuqol məhlulu ilə
C) Fuksinlə
D) Vezuvinlə
E) Gensian violetlə
Qram mənfi bakteriyalalrın hüceyrə divarında lipid və zülallar çox olur. Protoplazmada RNT az olur. Ona görədə mikrobun sitoplazmasının gensianvioletlə və yodla əmələ gətirdiyi birləşmə zəif olur, spirtin təsirindən bənövşəyi rəng itir, mikrob fuksinlə qırmızı rəngə boyanır.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 30-32
596) Qram müsbət bakteriyalar nə rəngdə olur?
A) Qırmızı moruğu
B) Qızılı rəng
C) Göy rəng
D) Bənövşəyi rəng
E) Qəhvəyi rəng
Qram müsbət mikrobların sitoplazmasında RNT və zülal çox olur. Qram müsbət bakteriyaların hüceyrə divarının keçiriciliyi mikopeptid çox olduğundan, qram mənfilərə nisbətən zəifdir. Genisian-violet və Lyuqol məhlulu ilə rəngləmə zamanı mikrobun sitoplazmasında möhkəm birləşmə əmələ gəlir ki, etil spirtinin təsirindən bu birləşmə parçalanmır və mikrob tünd bənövşəyi rəngi saxlayır.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 30-32
Dostları ilə paylaş: |