714) İnsanların vərəmlə yoluxmasını müəyyən etmək üçün hansı sınaq qoyulur?
A) Bürne
B) Şik
C) Dik
D) Pizu
E) Mantu
Tuberkulinlə dəridaxili Mantu sınağı aparılır. Mantu sınağı, insanların vərəm mikrobakteriyaları ilə yoluxmasını müəyyənləşdirmək məqsədilə qoyulur. Saidin ön üçdə bir hissəsinin dərisi içərisinə 0,1 ml tuberkulin yeridilir və 48-72 saatdan sonra nəticə qeyd olunur.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 225
715) Patogen anaerobların klostridium cinsinə hansı törədicilər aiddir?
A) Tulyaremiya
B) Tetanus
C) Vərəm
D) Taun
E) Difteriya
Patogen anaerobların klostridium cinsinə tetanus törədicisi aiddir.
Klostridium cinsinə aid bakteriyalar böyük ölçülü qram müsbət çöplər olub,dairəvi və ya oval formal sporlar əmələ gətirir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı.1995. Səh. 274
Dostları ilə paylaş: |