731) Suyun qiymətləndirilməsinin sanitar göstəricisi nədir?
A) Bağırsaq çöpü
B) Protey
C) Meninqokok
D) Stafilokok
E) Difteriya çöpü
Sularda patogen mikrobları hər zaman tapmaq mümkün olmur. Odur ki, suyun 1 litrinə olan bakteriyaların ümumi miqdarı və suyun koli-titrinə əsaslanaraq suya gigiyenik cəhətdən qiymət verilir. Koli-titr bağırsaq çöpləri təsadüf edilən suyun ən az miqdarına deyilir.
Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская . «Микробиология» «Медицина» Москва. 1987. Səh. 476
732) Bu antigenlərdən hansı biri hüceyrənin qamçısı ilə əlaqədardır?
A) Protektiv antigen
B) O- antigen
C) H-antigen
D) K- antigen
E) Vi- antigen
H-antigen zülal təbiətli olub termolabildir-yəni 1000C qızdırıldıqda təsirdən düşür.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”Bakı .1995. Səh. 124
733) Aşağıdakilardan hansı ərzaq məhsullarının sanitar göstərici mikrobudur?
A) Qonokok
B) Sarsin
C) Bağırsaq çöpü
D) Meninqokok
E) Difteriya çöpü
Ət və kolbasa məhsullarının sanitar bakterioloji müayinəsində 1 q məhsulda bağırsaq çöpləri təyin edilir.
Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская. « Микробиология» «Медицина» Москва .1987. Səh. 492
734) Əllərin yuyuntu suyunun sanitar bakterioloji müayinəsində nəyi aşkar etmək olar?
A) Pnevmokok
B) Meninqokok
C) Qızılı stafilokok
D) Qonokok
E) Difteriya çöpü
Qızılı stafilokoku.
Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская. « Микробиология» «Медицина» Москва. 1987. Səh. 500
Dostları ilə paylaş: |