742) Bu xüsusiyyətlərdən hansı anticismə aiddir?
A) Spesifiklik
B) Toksigenlik
C) Virulentlik
D) Antigen qıcıqlandırması nəticəsində anticism əmələ gəlməsi
E) Patogenlik
Bir antigenə qarşı orqnizmdə ancaq bir cür anticisim əmələ gəlir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı .1995. Səh. 128
743) Patogen göbələklər insanlarda hansı xəstəlikləri törədir?
A) Lyambliyoz
B) Toksoplazmoz
C) Leyşmanioz
D) Trixofitiya
E) Brüselloz
Trixofitiya-saçqıran, dərinin tüklü, həm də tüksüz yerlərində baş verə bilər.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı. 1995. Səh. 378
744) Təmiz kultura nədir?
A) Bir və ya bir neçə mənbələrdən alınmış eyni növlü mikrob kulturasıdır
B) Bərk qidalı mühitdə mikrobların əmələ gətirdiyi populyasiyadır
C) Qidalı mühitdə becərilən mikroorqanizmlərdir
D) Bir mikrob hüceyrəsindən inkişaf edən mikrob populyasiyasıdır
E) Yalnız bir növ mikrob olan kulturadır
Təmiz mikrob kulturası-hər hansı bir növə mənsub olan mikrobun qidalı mühitdə populyasiyadır.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı. 1995. Səh. 12
Dostları ilə paylaş: |